Finlandiyanın "Vətənim Azərbaycan" adlı Azərbaycan mədəniyyət günü keçirilib

Finlandiyanın "Vətənim Azərbaycan" adlı Azərbaycan mədəniyyət günü keçirilib.

Siyasət 17:54 27.10.2019
Finlandiyanın paytaxtı Helsinki şəhərində "Vətənim Azərbaycan" adlı Azərbaycan mədəniyyət günü keçirilib.
 
Eurasia Diary xəbər verir ki, tədbir Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya Şurasının əlaqələndirisi və Azər-Türk Gənclər Təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycanın İsveçdəki müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə, Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndəsi Ladən Zahidova, rus və türk diaspor nümayəndələri, Helsinkidəki diplomatik korpusun təmsilçiləri, İsveçdəki, Estoniyadakı Azərbaycan diasporunun fəalları, Finlandiyada yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
 
Azərbaycanın dövlət himinin səsləndirilməsi ilə başlayan tədbirdə Ülviyyə Cabbarova çıxış edərək bu tədbirin keçirilməsi ilə qarşıya qoyulmuş məqsəd haqqında məlumat verib. O, Azərbaycanın keşməkeşli tarixi, xalqımızın müstəqillik uğrunda apardığı mübarizə haqqında məlumat verib. Bütün çətinliklərə baxmayaraq, ölkəmizin müstəqilliyə yenidən qovuşduğunu vurğulayan diaspor fəalı Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları haqqında da ətraflı məlumat verib.
 
Azərbaycanın zəngin mədəni irsinin olduğunu vurğulayan Ü.Cabbarova bu irsin qorunub saxlanılması və təbliği üçün Azərbaycan dövlətinin yürütdüyü siyasət haqqında geniş məlumat verib. Diaspor təşkilatının rəhbəri ölkəmizin mədəni özünəməxsusluğu və bəşəriyyətin mədəni inkişafına verdiyi töhfələr barədə də danışıb.
 
Azərbaycanın İsveçdə və eyni zamanda Finlandiyadakı müvəqqəti işlər vəkili Günəş Rüstəmzadə çıxış edərək Azərbaycan diasporunun fəal üzvü Ü.Cabbarovaya və onun rəhbərlik etdiyi təşkilata belə bir tədbiri təşkil etdiyi üçün təşəkkürünü bildirib. Diplomat bu kimi tədbirlərin əhəmiyyətini vurğulayaraq bu gün həqiqətən də Azərbaycanla Finlandiya arasında dostluq körpüsü yaradılmasının şahidi olduğunu qeyd edib. Günəş Rüstəmzadə bildirib ki, belə bir tədbiri keçirməklə Ü.Cabbarova virtual körpü yaradaraq iştirakçıları Azərbaycana aparır və ölkəmizin zəngin mədəniyyəti ilə yaxından tanış edir. Müvəqqəti işlər vəkili deyib: “Burada bu gün Azərbaycanın qədim torpağı olan Dağlıq Qarabağın işğalı haqqında ətraflı məlumat verildi. Mən də fürsətdən istifadə edərək, işğal altındakı torpaqlarımızın tezliklə erməni işğalından azad olunmasını, yaxın gələcəkdə Ü.Cabbarovanın təşkilatçılığı ilə soyuq Helsinkidən isti Azərbaycanın əzəli torpağı Qarabağımıza gedərək belə tədbirlərin orada keçirilməsini arzulayıram”.
 
Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Ladən Zahidova çıxış edərək Ü.Cabbarovanın diaspor fəalı kimi gördüyü işləri yüksək qiymətləndirib. O deyib ki, Helsinkidə belə bir önəmli tədbirin keçirilməsi əlamətdar hadisədir. Bu tədbir bir daha sübut edir ki, azərbaycanlılar yaşadıqları ölkələrdən asılı olmayaraq öz ana vətənlərini unutmur, onun tarixi keçmişini, mədəniyyətini qoruyub saxlayır və yaşadırlar.
 
Tədbirin bədii hissəsində Azərbaycan haqqında film nümayiş etdirilib. Daha sonra incəsənət ustalarının iştirakı ilə konsert olub. Qarabağ Azərbaycandır, eləcə də Azərbaycan xalçaları və Azərbaycan şərabları stendlərinin təqdim edildiyi tədbirdə tanınmış fotoqraf Etibar Cəfərovun "Azərbaycanın rəngləri" adlı fotosərgisi də nümayiş olunub.
 
Azərbaycandan Finlandiyaya gəlmiş incəsənət ustaları Rəvanə Qurbanova, Rövşən Qurbanov və Ceyhun Muradovun ifalarında səsləndirilən muğamlarımız tədbir iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin peşəkar milli rəqs ifaçıları Elnur Süleymanovun və Viktoriya Şahmuradovanın, İsveç-Azərbaycan Dərnəyinin “Qarabağ” Azərbaycan uşaq rəqs qrupunun rəqs nümunələri təqdim olunub. (modern.az)
Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Hamısı