Suriya dövlət televiziyası Rəsulayn vilayəti yaxınlığında Türkiyə ordusu ilə Suriya ordusu arasında toqquşma yaşandığını iddia edib.
Eurasia Diary xəbər verir ki, məlumatı "SANA" Xəbər Agentliyi və "İxbariyyə" televiziyası verib.
Suriyanın rəsmi xəbər agentliyi olan SANA-da məlumat aşağıdakı sözlərlə ifadə edilib:
"Suriya ordu birlikləri Rəsulayn yaxınlığında Türk qüvvələri ilə toqquşub".