İrəvan Bakıda məğlub oldu

Siyasət 10:18 28.10.2019

Ötən əsrin 90-cı illərinin sonlarında Qoşulmama Hərəkatı "canlı ölü"nü xatırladırdı. Çox siyasətçilər bu qurumun bipolyar dünyanın relikti, qalığı qismində dünyanın siyasi arenasından yox olacağını deyirdilər.

"Üçüncü dünya" ölkələrinin dalbadal müstəmləkəçilikdən qurtulduğ bu 1950-1960-cı illərdə dünya xəritəsində onlarla yeni ölkə peyda oldu. İnqilablar və milli-azadlıq hərəkatlarının çılğın dönəmi ilə müqayisədə "ərəb inqilabı" və ya "narıncı inqilab" ssenariləri uşaq oyuncaqları sayıla bilər.

Yuqoslaviyadan olan sosialist Josip Broz Tito, Hindistandan Cəvahiral Nehru, İndoneziyadan Sukarno, Misirdən Camal Abdel Nasir və Qanadan Kvame Nkrumanın əsasını qoyduqları Qoşulmama Hərəkatı o illərdə yarandı.

Lakin Bakıdakı 18-ci Zirvə Görüşündə, sanki, "dirildi".

Qoşulmama Hərəkatının (Non-Alignment Movement, NAM) Bakıda keçirilən XVIII Zirvə Görüşündə Yekun Sənədə ilk dəfə olaraq mühüm yeni bənd daxil edildi.

Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsindən istifadə olunur. Bu, Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Ermənistan NAM-ın Bakı sammitinə qatılmamışdı.

İrəvandakı siyasətçilər, xüsusilə də ekspertlər, analitiklər və müxalifətçilər Ermənistanın baş naziri Nikol Paşinyanı buna görə sərt tənqid edirlər.

Məsələn, Ermənistan Respublika Partiyasının sədr müavini, sabiq deputat Armen Aşotyanın fikrincə, İrəvan Bakıda ciddi məğlubiyyətə düçar olub.

"Bakıdakı forumun nəticələrindən biri Azərbaycanın Qoşulmama Hərəkatına bundan sonrakı üç il ərzində sədrlik etməsidir. Azərbaycan hakimiyyəti buna illərlə hazırlaşırdı, çünki Qoşulmama Hərəkatı Bakı üçün dünya birliyində mövqelərini bəyan etmək üçün çox güclü platformadır. 60-dan artıq ölkənin dövlət və hökumət başçıları Bakıdakı tədbirə qatıldılar", - A.Aşotyan deyib.

Azərbaycanın dövlət başçısı İlham Əliyevin forumdakı çıxışının əsas hissəsini Dağlıq Qarabağ münaqişəsinə və ölkəmizin ərazilərinin 20 faizinin hələ də erməni işğalında olmasına, rəsmi İrəvanın aqressiv işğalçı siyasət yürütməsinə həsr etməsi də erməniləri bərk narahat edib.

Ermənistan NAM-da müşahidəçi statusuna malik olsa da, rəsmi İrəvan foruma nümayəndələrini yollamamışdı. Ermənistan XİN-nin yaydığı bəyanata görə, İrəvan "forumda iştirakı qənaətbəxş saymır".

Ermənistanın baş naziri Nikol Paşinyanla bahəm, parlamentin spikeri, Milli Təhlükəsizlik Şurasının sədri də beynəlxalq forumlarda və görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı diskussiyalardan çəkinməyə başlayıblar.

Səbəblər var və onlar sadədir: Ermənistan tərəfi hər dəfə məğlub olur, arqumentlər qarşısında gücsüz qalır, dalana dirənir.

Bununla yanaşı, Ermənistanın hakimiyyət mənsubları artıq dünya mediasında da uduzurlar.

Məsələn, Ermənistanın XİN başçısı Zöhrab Mnaskanyan BBC telekanalındakı "HardTalk" proqramında aparıcı Stiven Sakurun sualları qarışısında mağmın görkəm almışdı. Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü, Azərbaycan ərazilərinin 20 faizini işğal etdiyini, xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır!" marazmının beynəlxalq hüquqa və bütün prinsiplərə zidd olduğunu vurğulayan Sakur erməni nazirin "virtual edam"ına nail olmuşdu.

QH üçüncü dövlətlərin səslərini müdafiə edən platformadır. Beynəlxalq siyasətdə qütbləşmənin dərinləşdiyi bir vaxtda (əvvəllər bu, ABŞ və SSRİ idisə, hazırda bir neçə qütbləmə mövcuddur), kiçik və zəif dövlətlər bu qütbləşmənin tərəflərindən birini seçməklə ya proksi qüvvələri kimi ikiqütblü müharibələrin piyadasına çevrilir, ya da təbii sərvətləri qütblərin savaşında xərclənir, ərazilərindən hərbi baza kimi istifadə olunur və nəhayət, azacıq ianə müqabilində güclü dövlətlərin faktiki asılılığına keçmiş olur. QH bu baxımdan üçüncü dövlətlər üçün faktiki "sığınacaq və müdafiə platforması"dır.

QH-nın başlıca prinsipləri hələ də aktual olaraq qalmaqdadır. Çoxtərəflilik prinsipindən çıxış edən QH kiçik və üçüncü dövlətlərə separatizm, regional güclər və qəsbkarlıq siyasəti yürüdən irredent ölkələrin ərazi, etnik və dini iddialarına qarşı qorunmaq və müdafiə olunmaq imkanı verir. Digər tərəfdən, QH, BMT və digər beynəlxalq sülh təşkilatlarının ideya və prinsiplərindən çıxış edir və siyasi dəst-xəttində onlara söykənir. Düzdür, QH-nın bir çox məqsədlərinin Soyuq müharibə qurtardıqdan dərhal sonra qüvvədən düşdüyü iddia edilsə də, imperializm və müstəmləçilik anlayışı iqtisadi və siyasi əsarət anlayışları ilə əvəz edilib. Güclü Qərb maraqlarının dominant olduğu bir dünyada zəif dövlətlərin hələ də institusional quruma ehtiyacı var. QH bu baxımdan, üzv dövlətlərə müstəqi mühakimə çıxarmaq, güclü dövlətlərlə münasibətlərdə mötədiliyi qoruyub saxlamaq imkanı verir.

Soyuq müharibənin Üçüncü Dünya Müharibəsinə çevrilməsini əngəlləyən amillərdən biri rolunda məhz Qoşulmama Hərəkatı çıxış edib. Soyuq müharibənin bitməsi və SSRİ-nin süqutu ilə təşkilatın aktuallığı gözlənildiyi kimi zəiflədi. Çünki ABŞ-ın başçılığı altında tək qütbün əlamətləri özünü göstərirdi. Lakin dünya sürətlə dəyişir. XXI əsrin əvvəllərindən başlayaraq, dəqiq bəlli oldu ki, dünya təkqütblü olmayacaq. Beynəlxalq münasibətlər sistemində digər aktorların da təsiri aydın hiss olunmağa başladı. Bununla da Qoşulmama Hərəkatının əhəmiyyəti soyuq müharibə dövründən zəif olmayan şəkildə özünü nümayiş etdirdi".

Qoşulmama Hərəkatını insani və iqtisadi resurslarına görə kifayət qədər böyük və ciddi bir təşkilatdır. Bu təşkilat çərçivəsində əməkdaşlıq ən müxtəlif hədəflərə xidmət edə bilir.

Belə ki, Qoşulmama Hərəkatı üzv ölkələri qlobal sülhün və təhlükəsizliyin qorunması üçün vacib olan prinsiplər əsasında birləşməni təmin etməklə yanaşı, həm də bu ölkələr arasında digər sahələrdə də əməkdaşlıq və qarşılıqlı anlaşma mühitini daha da yaxşılaşdırır. 120 ölkə təşkilata qoşulmaqla hər şeydən öncə mövqelərini və beynəlxalq münasibətlər sistemində fəaliyyətlərinin prinsiplərini bəyan etmiş oldu. Yəni insan hüquqlarına hörmətlə yanaşmaq, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirəcək hərəkətlərdən çəkinmək və s. kimi prinsipləri dəstəklədiklərini nümayiş etdirirlər.

Soyuq müharibə bitəndən sonra hərəkat özünü yeniləməyə və məqsədlərini hazırkı dünya sisteminə uyğunlaşdırmağa məcbur oldu. Ən vacib sual isə fundamental ideologiyaların, milli suverenlik prinsiplərinin, ərazi bütövlüyü, müstəmləkə siyasəti və imperializmə qarşı mübarizənin müasir məsələlərə tətbiq olunub-olunmayacağı oldu.

Yeni dünyada Qərb hegemoniyası və neo-müstəmləkə siyasətinin istismar etdiyi kasıb xalqların çıxdaş edilməsi Qoşulmama Hərəkatını buna etiraz etməyə vadar etdi.

Qoşulmama Hərəkatı üzvlüyünə tələblər Birləşmiş Millətlər Təşkilatının əsas inanclarına uyğun gəlir:

Təməl insan hüquqlarına hörmət

Bütün xalqların suverenliyi və ərazi bütövlüyünə hörmət

Milli müstəqillik hərəkatının tanınması

Bütün irqlərin və xalqların bərabərliyinin tanınması

Başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən çəkinmək

BMT Nizamnaməsinə uyğun olaraq hər bir xalqın özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət

Hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən çəkinmək

BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli

Qarşılıqlı maraq və əməkdaşlığın təşviqi

Ədalət və beynəlxalq öhdəliklərə hörmət.

Bu hərəkatda təmsil olunmağın Azərbaycan üçün əhəmiyyəti həm də odur ki, burada müzakirə olunan məsələlər sonradan BMT-yə çıxarılır. Deputat həm də düşünür ki, hazırda Bakıda keçirilən nazirlər konfransında Azərbaycan Qarabağ münaqişəsinə diqqət cəlb etmək imkanı əldə edib.

Bu hərəkatda üzvlük həm də Azərbaycanın öz ərazisində başqa dövlətlərin hərbi bazalarını yerləşdirməyi planlamadığına dair siqnaldır.

Qoşulmama Hərəkatının Bakı sammiti həm də Azərbaycanın, sadəcə, subregional yox, beynəlxalq miqyasda nüfuzlu ölkələrdən birini göstərdi.

Qarşıda Azərbaycanın təşkilatdakı 3 illik sədarət önəmi var.

Bakı qurumu böhrandan çıxaracaq əsas qüvvəyə çevrilə bilər.

Bu imkanlardan maksimum dərəcədə yararlanmalıyıq.(Milli.Az)

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Hamısı