Bu gün müasir Azərbaycan tarxinin daha bir hüznlü günüdür. Zəngilan rayonunun işğalından 26 il keçir.
Eurasia Diary xəbər verir ki, bu gün ermənilərin Kovsakan adı verdikləri Zəngilan şəhəri qəsəbə çevrilib. Qarabağdakı separatçı qurumun rəhbərliyi inzibati bölgü adı altında Kaşataaq adlı qondarma rayonu yaradaraq Zəngilanı onun tərkibinə qatıb.
Zəngilanla paralel olaraq, Qubadlının Xanlıq kəndi( İşxanadzor), Mincivan qəsəbəsi və Laçın rayonunun mərkəzi (Berdzor) Kaşataq rayonununu tərkib hissəsi kimi aktiv şəkildə məskunlaşdırılır.
Hazırda Azərbaycanın işğal altındakı bu ərazilərində yaşayan ermənilərin sayı məskunlaşdırma yolu ilə 12 min nəfər çatıb. Onların əsas hissəsi Laçın rayonunda olsa da, Zəngilan ərazisində yaşayan ermənilərin sayı 800-ü keçib.
Süni məskunlaşdırmanın sonuncu nümunəsi Zəngilana Suriyanın Qamışlı şəhərində yaşayan 5 suriyalı erməni ailəsinin köçürülməsi ilə bağlıdır. Oktyabrın 5-də həmin ailələr “Tukenkyan” fondunun maliyyəsi heasabına yeni evlərə köçmüşdülər.
Bu ilin iyunun 21-də isə “Tufenkyan” fondu ABŞ-da yaşayan Cudi SaryanViktor Zaruqyan cütlüyünün, həmçinin, Birləşmiş Ərəb Əmirliklərində yaşayan Armik Xosrofyanın ayırdığı ianə hesabına yeni futbol stadionu açmışdılar.
Ermənistan hakimiyyətinin Zəngilana xüsusi yanaşmasının təzahürü özünü məskunlaşdırma ilə yanaşı, infrastukturun yaradılmasında göstərir. Belə ki, 2020-ci ildə Ermənistanın Qafan rayionundan Zəngilandan keçməklə Hadruta qədər yolun çəkilişi başlanacaq. Qarabağı Ermənistana birləşdirəcək bu yol rəsmi Yerevanın məskunlaşdırma və Azərbaycan ərazilərini ilhaq etmə niyyətlərinin davamı kimi görülməlidir.(modern.az)