Gümrüdə yerləşən, Rusiyaya məxsus 102-ci hərbi bazanın komandiri Nikolay Martinyuk "İnterfaks" informasiya agentliyinə müsahibə verib.
Eurasia Diary xəbər verir ki, general verdiyi açıqlamada Rusiya Müdafiə Nazirliyinin Ermənistandakı hərbi bazanın gücləndirmək üçün addımlar atacağını bildirib. Onun sözlərinə görə bazanın hərbi təsisatının artırılması barədə qərar qəbul edilib.
Rusiya Müdafiə Nazirinin muavini Timur İvanov isə bildirib ki, bazada çoxfunksiyalı mədəni əyləncə mərkəzinin tikilməsi planlaşdırılır.
Qeyd edək ki, Rusiyanın Ermənistanda yerləşən 102-ci hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir. Bazanın iki qarnizonu var və bu qarnizonlar tarixi Azərbaycan torpaqları olan Gümrü və İrəvanda yerləşir.