BMT QAK BMT-nin qaçqınlar üzrə keçmiş ali komissarı Sadako Oqatanın vəfatı ilə bağlı bəyanat verib

Siyasət 16:59 30.10.2019

Bu gün BMT QAK 1991-ci ildən 2000-ci ilədək BMT QAK-a rəhbərlik etmiş BMT-nin Qaçqınlar üzrə keçmiş ali komissarı Sadako Oqatanın vəfatı ilə əlaqədar dərin hüznlə bəyanat verib.

"Xanım Oqata BMT QAK-ın tarixindəki ən önəmli onilliklərdən biri ərzində ona rəhbərlik etmiş, milyonlarla qaçqının və müharibə, etnik təmizləmə və soyqırımı səbəbindən fəlakətə düçar olan digər insanların həyatını dəyişmiş və sürətlə dəyişən geosiyasi mühitdə humanitar fəaliyyətlərə yenidən baxılmasına yardım etmiş uzaqgörən siyasətçi idi", – deyə Ali Komissar Filippo Qrandi bildirib. "O, bütün həyatı boyu sadiq beynəlmiləlçi və Birləşmiş Millətlər Təşkilatının dostu olmuşdur".

Sadako Oqata soyuq müharibənin başa çatmasından az sonra ali komissar olmuşdur, həmin dövrdə qlobal siyasi mühitdə dərin dəyişikliklər baş vermiş və on milyonlarla insan didərgin düşmüşdür. Onun rəhbərliyi altında BMT QAK keçmiş SSRİ, İraq, Balkanlar, Somali, Böyük Göllər regionu və Şərqi Timordakı böhranlara reaksiya olaraq irimiqyaslı fövqəladə yardım əməliyyatları təşkil etmiş, habelə Mərkəzi Amerika, Asiya və Afrikada irimiqyaslı repatriasiya əməliyyatları çərçivəsində milyonlarla qaçqının evlərinə qayıtmasına kömək etmişdir.

Sadako Oqata 1999-cu ildə Azərbaycanda rəsmi səfərdə olmuş, Azərbaycan Respublikasının keçmiş prezidenti Heydər Əliyev tərəfindən qəbul edilmişdir. Səfər çərçivəsində o, sentyabrın 8-də Biləsuvar və Füzuli rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə də görüşmüşdür. Səfər zamanı Sadako Oqatanı BMT-nin qaçqınlar üzrə hazırkı ali komissarı Filippo Qrandi müşayiət etmişdir. Onun rəhbərliyi altında BMT QAK Dağlıq Qarabağla əlaqədar Ermənistanla münaqişə nəticəsində didərgin düşmüş on minlərlə məcburi köçkünün sığınacaq, zəruri istehlak malları, təhsil, su, sanitariya qovşağı və gəlir gətirən fəaliyyətlərlə təmin edilməsinə kömək etmiş fövqəladə proqramın həyata keçirilməsinə 1993-cü ildən başlamışdır.

Hörmətli yapon akademik və təcrübəli çoxşaxəli diplomat olan Oqata qaçqınlarla beynəlxalq həmrəyliyin yorulmaz müdafiəçisi olaraq didərginlik böhranlarının həllinin siyasi danışıqların və sülh proseslərinin tərkib hissəsini təşkil etməsini təmin edirdi. Ali Komissar qismində səlahiyyət müddəti bitdikdən sonra o, Birləşmiş Millətlər Təşkilatı ilə sıx əlaqəsini qoruyub saxlamış, 2003-cü ildən 2012-ci ilədək Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) sədri vəzifəsini tutduğu dövrdə "insan təhlükəsizliyi" anlayışından və inkişafa ayrılan yardımlardan didərginlik probleminin həllinə köməklik üçün istifadə edilməsi təşəbbüsünü irəli sürmüşdür.

Bəyanatın sonunda BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Sadako Oqatanın ailəsinə dərin hüznlə başsağlığı verib. 

İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Qazaxın Aşağı Əskipara kəndində Azərbaycan bayrağı qaldırıldı
16:05 23.04.2024
İlqar Orucov: "Qarabağ Universiteti dünyanın nüfuzlu universitetləri sırasında olacaq"
16:00 23.04.2024
Azərbaycan Prezidenti: Dünya uzun illər hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq
15:58 23.04.2024
Qarabağın yenidən qurulmasına xərclənən vəsaitin MƏBLƏĞİ
15:54 23.04.2024
Hamısı