Sizin icra başçınız: Məhərrəm Quliyev Goranboyda etimadı doğruldurmu?..

Siyasət 17:59 30.10.2019

İcra başçısı rayon və şəhərlərin yerli idarəetməsində rəhbər şəxsdir. Əgər bir bölgənin icra başçısı işini layiqincə yerinə yetirirsə, heç sözsüz ki, ərazidə əmin-amanlıq, dinclik olur. Vay o hala ki, başçın pis ola... Həmin şəhər və ya rayonda narazılıq  olmağı bir yana, yaradıcılıq, elm, təsərrüfat, ümumiyyətlə, bütün bu kimi sahələrin sütunu zəifləyəcək. Çünki uğura gedən yol çətinlikdən keçir, əgər çətinliyin, problemin həll olunmasa, tərəqqidən söhbət gedə bilməz.

Elə bəlkə də məhz bu məsələdən dolayı gənclərin əksəriyyəti bölgələrdə özünü inkişaf etdirə bilmir, lazımi dəstəyi almayıb ev-eşiyindən olur. Əgər sənin bütün problemlərinlə maraqlanan, sənə dəstək göstərən bir  icra başçın varsa, niyə ev-eşiyindən, bölgəndən olasan ki? Lazımi şərait yaradılsa, inkişaf üçün düzgün mühit olsa, kimsə uzaqlara can atmaz. Təəssüf ki, əksər rayon və bögələrin İcra hakimiyyəti strukturlarında ürəkaçan vəziyyətlə rastlaşmırıq. Narazı kütlə, əhalidən kilometrlərlə ayrı gəzən, əyləşdiyi kreslodan qalxmaq istəməyən icra başçıları...

Lakin bu o demək deyil ki, bütün icra başçıları pisdir, öz işlərini layiqincə yerinə yetirmir. Yox, işini vicdanla görən, öz bölgəsinin hər dərdi ilə maraqlanan başçılar da az deyil.

Eurasia Diary Modern.az-ın “Sizin icra başçınız” adlı rubrikasından olan yazını təqdim edir. Rubrikada bölgələrə rəhbərlik edən rəsmi şəxslərin fəaliyyətindən söz açılır. Burada icra başçılarının işinə verilən qiyməti həmin regionun deputatı və eks-deputatı, jurnalisti, ziyalısı və müxalifət nümayəndəsinin fikirlərində görə biləcəyik. Baxaq görək, onlar  icra başçılarının fəaliyyəti barədə hansı qənaətdədirlər?

Rubrikanın növbəti təqdimatı, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə həsr edilir.

Quliyev Məhərrəm Böyükağa oğlu ölkə prezidentinin 5 aprel 2019-cu il tarixli sərəncamı ilə Goranboy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.



Azərbaycanın Milli Qəhrəmanı Goranboy rayonun Kəpənəkçi kəndində yaşayan Maşallah Abdullayev başçının işini müsbət qiymətləndirsə də, onunla görüşməməyindən narazıdır:

“Artıq 6 aydır ki, yeni icra başçısı Goranboya təyin olunub, lakin mən hələ onunla görüşməmişəm. Belə ismarıc da göndərmişəm ki, vaxtı olanda məni qəbul eləsin. Lakin bir ağsaqqal, Milli Qəhrəman kimi məni yanına çağırıb, söhbət eləmir. Gərək danışanda doğrunu deyəsən, Məhərəm müəllim Goranboya gələndən rayonun küçələri təmir olunur, müəyyən işlər görülür”.

Klassik Xalq Cəbhəsi Partiyasının Goranboy rayon təşkilatının sədri Kərim Kərimli:

“Məhərrəm Quliyev ilk başlarda  icra başçısı kimi əhalini qəbul edib, problemləri ilə maraqlanırdı. Şəhərin bəzi yollarına asfalt örtüyü çəkdirmişdi. Lakin son vaxtlar o da digər köhnə icra başçıları elə xüsusi bir fəaliyyət göstərmir. Onu da deyim ki, bir insan kimi onunla görüşməmişəm, ümumi rayon camaatının rəyini deyirəm”. 

Jurnalist Kamil Həmidov:

“Artıq 30 ildir ki, işimlə əlaqədar olaraq Bakıda yaşayıram. Lakin ara-sıra rayona gedəndə Məhərrəm müəllimlə bağlı müsbət fikirlər eşidirəm. Düzdür hələ ki, onun haqqında mənfi və ya tam müsbət fikir demək tezdir. Lakin rayon əhalisi arasında onunla bağlı fikrlər müsbət tendensiyaya doğrudur. Ondan əvvəlki icra başçısının vaxtında xüsusilə insanlarla ünsiyyətdə ciddi problemlər var idi. Yeni icra başçısı təyin olunduqdan sonra isə rayon əhalisinin yerli rəhbərlə ünsiyyəti asanlaşıb. İstəyərdim ki, yeni icra başçısı rayondakı sosial problemlərin, məmur özbaşınalığının, işsizliyin həll olunmasında addımlar atsın”.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnistutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov:

“Məhərəm müəllimin pisliyinə hələ ki bir söz eşitməmişəm. Bu yaxınlarda Goranboydan qayıtmışam. Rayona gedəndə gördüm ki, insanlar yeni icra başçısından razılıq edirlər. Ondan əvvəlki başçıdan isə narazılıq çox güclü idi. Yeni icra başçısı ona müraciət edənləri qəbul edir, problemlərinin həll edilməsində yardımçı olur ki, yerli əhali arasında bu qədər razılıq var”.

Goranboyda yaşayan Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov deyir ki, başçının qəbulunda olmasa da, onun yaxşı işlədiyini qeyd edə bilər:

“Məhərrəm Quliyev gəldiyi gündən rayon camaatını qəbul edir, yolları düzəltdirir, aparatda müsbət istiqamətdə dəyişikliklər edir. Rayonun kəndlərinə gedir, məktəblərə baş çəkir, müəllimlərin, şagirdlərin problemləri ilə maraqlanır. Əvvəllər kimsə İcra Hakimiyyətinə şikayətə gedirdisə, ona imkan vermirdilər ki, başçı ilə görüşsün. Lakin Məhərrəm müəllim kollektiv şəkildə, gün ərzində bəzən dayanmadan 5-6 saat müddətdə camaatı qəbul edir, problemlərlə maraqlanır. Kiməsə bir tapşırıq verəndə axıradək izləyir ki, onun tapşırdığı işi həyata keçirirlər ya yox. Bəzi məmurları sırf onlara tapşırılan işi görmədiyi üçün işdən də çıxarıb. Ümid edirəm ki, bu vəziyyət axıradək elə belə də davam edəcək. İcra başçısı düzgün işləyib, hər şeyə rəy verəndə, həmin bölgədə əmin-amanlıq olur”. 

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı