"Primakov 1990-cı ildə Bakıda 20 Yanvar qırğınının törədilməsində birbaşa rolu olmuş şəxs, 20 yanvar canisidir".
Bunu Eurasia Diary-ə açıqlamasında Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakı Slavyan Universitetində (BSU) Azərbaycanda 20 Yanvar qırğınının törədilməsində iştirak etmiş sovet və Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı keçirilimiş esse müsabiqəsinə münasibət bildirərkən deyib.
“Belə bir adamla bağlı Azərbaycanın istənilən dövlət təsisatında yubiley tədbiri keçirmək yolverilməzdir. Mən Bakı Slavyan Universitetində keçirilən bu tədbiri qətiyyətlə pisləyirəm. Bu tədbirin keçirilməsi 20 Yanvar şəhidlərinin ruhuna, ümumiyyətlə Azərbaycan xalqına təhqirdir. Hesab edirəm ki, təşkilatçılar üzr istəməlidirlər”, - deyə Q.Həsənquliyev bildirib.
Vəfa VƏLİ