“Azəriqaz” İstehsalat Birliyində kadr dəyişikliyi olub. Eurasia Diary-nin Modern.az-a istinadən məlumatına görə, Birliyin baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad edilib. Onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.
Yeni baş direktor təyinatı təsdiqləyib.
R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib:
“Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.