Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Qəhrəmanlı saxlanılıb.
Eurasia Diary xəbər verir ki, bu barədə AXCP-dən bildiriblər.
Partiyadan verilən məlumata görə, oktyabrın 31-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə F.Qəhrəmanlı 10 sutka inzibati həbsə məhkum edilib.
Məlumata görə, məhkəmə F.Qəhrəmanlını İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsini pozmaqda təqsirli bilib. (Modern.az)