Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) daha iki kadr dəyişikliyi baş verib.
Eurasia Diary Modern.az-a istinadən xəbər verir ki, SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadə yeni vəzifəyə təyinat alıb. Belə ki, SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun müavini təyin edilib.
Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə Adil Vəliyev rəhbər təyin olunub.