Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu Avropa Şurası və Yerli idarələr Konqresinə qatılmaq üçün Fransaya səfər edən İstanbulun bələdiyyə başqanı Əkrəm İmamoğlunu ad çəkmədən sərt sözlərlə tənqid edib.
Eurasia Diary Türkiyə mətbuatına istinadla xəbər verir ki, Soylu açıqlamasında İmamoğlunu "axmaq" adlandırıb:
"Avropaya gedib Türkiyədən şikayət edən axmağa söyləyirəm, bunun cavabını millət sənə verəcək".