“Araz Əlizadə kimi ikinci səfeh adam tanımıram ki, ata-anasını bu qədər söydürsün”

Siyasət 12:06 06.11.2019

Sabir Rüstəmxanlı: “Hakimiyyətdəkilər xalqın Primakovla bağlı etirazını nəzərə almalıdırlar”

Yevgeni Primakov – 1990-cı ildə Azərbaycanda törədilmiş 20 Yanvar qırğınının müəlliflərindən biri kimi tanıdığımız ermənipərəst siyasətçi. Bir neçə gündür ki, bu ad Azərbaycan cəmiyyətinin dilindən düşmür, sosial şəbəkələrdə müzakirə olunur, ictimai-siyasi şəxslər ondan danışır, media Primakovdan yazır. Üstəlik, Bakının düz mərkəzində Primakovun 90 illiyi münsaibətilə sərgi təşkil olunur, universitetlərin birində onun şərəfinə müsabiqə keçirilir.

Deputat Araz Əlizadə və onun kimi bir neçə ictimai şəxs isə Primakovun ermənipərəst siyasətçi olması ilə bağlı səsləndirilən fikilərlərə qarşı çıxdı. A.Əlizadə iddia etdi ki, 20 Yanvar hadisələrinin baş verməsində Yevgeni Primakovun heç bir rolu olmayıb: “Əksinə, o, Bakıya gəlib Xalq Cəbhəsinin liderlərinə demişdi ki, “camaatı küçələrdən yığın, qan töküləcək”. Həmin qətliamın sifarişçiləri Xalq Cəbhəsinin liderləri, Qorbaçov və Azərbaycan Kommunist Partiyasının “maymaq” rəhbərləri idi”.

Image result for Primakov

Maraqlıdır, Araz Əlizadə və onun kimi düşünənlər nə qədər haqlıdırlar? Bu sualımıza həmin dövrün canlı şahidi olmuş, həmçinin Xalq Hərəkatının liderlərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı ilə AYNA tutmağa çalışdıq.

S.Rüstəmxanlı bildirdi ki, təkcə Primakov yox, həm o vaxtkı Siyasi Büro üzvləri, həm də sovet ordusunun rəhbərləri – bir nəfər istisna olmadan, bütövlükdə Azərbaycan xalqının qarşısında günahkardırlar: “1990-cı ilin yanvarında hamısının əli azərbaycanlıların qanına batıb. Belə olmasaydı, oradakılardan biri durub etiraz edərdi ki, ordunu Bakıya yeritməyək və yaxud hadisədən sonra etiraf edərdilər, ancaq heç biri bunu etmədi. Primakov isə birbaşa o vaxt SSRİ-nin ideoloji cəbhəsinə başçılıq edənlərdən biriydi, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri idi. O bilmirdi ki, Bakıya ordu yeridilir?”

“Ayın 15-i, ya da 16-da Elmira Qafarova məni həbsxanada qaldırılmış üsyanı sakitləşdirmək üçün çağırmışdı. Otağındaykən təsadüfən masanın üstündə bir kağız gördüm. O, otaqdan çıxanda fürsətdən istifadə edib kağızı açdım və gördüm ki, ordunun Bakıya yeridilməsi haqqında Qorbaçovun sərəncamıdır. Və özü də qol çəkib kağıza, təkcə tarix yeri isə boş idi. Yəni 5-6 gün əvvəlcədən rəhbərliyimiz bilirdi ki, ordu Bakıya yeridiləcək, bircə tarixi bəlli deyildi, onu da yəqin ki, telefonda deyəcəkdilər”, – deyə müsahibimiz əlavə etdi.

VHP sədrinin sözlərinə görə, o vaxt Azərbaycan rəhbərliyi də, Primakov da, SSRİ rəhbərliyi də bilirdi ki, Azərbaycan xalqını diz çökdürmək, qorxutmaq üçün ordunu şəhərə yeridəcəklər: “Bəhanə də o idi ki, Xalq Hərəkatı güclüdür, SSRİ-yə qarşı çıxırlar, SSRİ-ni yıxmağa çalışırlar, İranla sərhədi açırlar, Xalq Cəhbəsi silahlanır və burada hökumət xalqın tələblərinə cavab vermədiyinə görə devrilə bilər. Və Primakov bütün bu proseslərin içində idi. İndi necə oldu ki, Primakov birdən-birə bu qədər əziz oldu, qiymətə mindi? Əgər belədirsə, o zaman Bakıda Qorbaçovun da yubileyini qeyd etsinlər, Yazovu, o vaxt Siyasi Büroda olanları da yad etsinlər, yubileylərini keçirsinlər. Heydər Əliyevə qarşı çıxan, onun Moskvada işləməsinə mane olan Büro üzvləri var ki, onların da yavaş-yavaş yubileyini keçirsinlər”.

Image result for Filipp Kirkorov bakıda

“Nə oldu ki, bunlar birdən-birə əziz oldular, qiymətə mindilər? Torpaqlarımız işğalda ola-ola, Rusiya pasportu daşıyan ermənilər dəstə-dəstə Azərbaycana gətirilir, Qarabağın işğalında əli olanlar yavaş-yavaş Azərbaycana ayaq açırlar. Rusiyada yaşayan ermənilər Qarabağda savaşan ermənilərə yarım etmirdilərmi? Bu gün başda Rusiyanın Xarici İşlər naziri olmaqla, Rusiyada yaşayan erməni diasporu Ermənistana yardım etmirmi? Onlar, axı həmişə ermənilərin arxasında dayanıblar, kömək ediblər. İndi nə oldu ki, yenidən erməni sevgisi baş qaldırdı, Azərbaycan düşmənlərinə olan sevgi alovlandı? Filipp Kirkorovun müğənni dədəsi Bedros Bolqarıstanda diz çöküb, göz yaşıyla “Artsax” haqqında mahnı oxuyur. Oğlunu isə ailəsiylə birlikdə təntənəli şəkildə Bakıya gətirirlər, böyük konsert salonlarını doldururlar. Hansı ki, həmin salonları doldurmaq üçün ancaq hökumət işə qarışmalıdır”, – deyə S.Rüstəmxanlı bildirdi.

“Ermənilər dəstə ilə Bakıya gəlirlər və şəhərin mərkəzində öz qalibiyyətlərinə mahnılar oxuyurlar, özümüzü də təhqir edirlər. Bu, nə erməni aşiqliyidir? Belə ideologiya olmaz, milləti belə aşağılamaq olmaz. Millətin düşmənlərini belə böyütmək, başımıza çıxarmaq olmaz. Bu, necə siyasətdir, başa düşə bilmirəm! Millətin qəzəbindən bu qədərmi qorxmurlar? Üstəlik Azərbaycanla Türkiyəni düşmən etmək istəyirlər. Araz Əlizadə tez-tez belə çıxışlar edir. Dünyada onun kimi ikinci səfeh adam tanımıram ki, ata-anasını bu qədər söydürsün. O, bir söz deyir, özündə söyülməli bir şey olmadığına görə, camaat yarım ay ata-anasını söyür. Hansı ki, atası abırlı kişiydi, mənim də dekanım olmuşdu. Bir oğul dədəsini niyə bu qədər söydürməlidir?! Otursun yerində, bilmədiyi şeylərə burnunu soxmasın”, – o vurğuladı.

Image result for Araz əlizadə

Sabir Rüstəmxanlı A.Əlizadənin məlum fikrinə də aydınlıq gətirdi: “20 Yanvar qırğınının sifarişçisi Xalq Cəbhəsi ola bilməzdi, bu, gülünc söhbətdir. Primakovun Xalq Cəbhəsində kiminləsə əlaqəsi olduğunu dəqiq deyə bilmirəm, amma inanmıram ki, belə bir şey olsun. Primakov da, onun yanındakılar da gəlib Azərbaycanda TV-də, radioda çıxış edirdilər ki, guya, “ordu Bakıya girməyəcək, Bakının yanından keçib Qarabağa və cənub sərhədlərinə keçəcək, arxayın olun”. Millətin başının altına yastıq qoya-qoya Bakıda qətliam törətdilər, millətə qarşı düşmənçilik yaşandı. Azərbaycan Xalq Cəbhəsi liderləri belə şey edə bilməzdilər, axı. Bu, nə yalandır? Həmçinin ondan bir az əvvəl Araz Əlizadə özü də, qardaşı da Azərbaycan Xalq Cəbhəsi rəhbərliyində var idi”.

Xalq şairinin fikrincə, Primakovla bağlı atılan addımlar təxribatdır: “Hakimiyyətdə Primakovun tərəfdarı olan, onu sevən, müəyyən bağlarla bağlanan bəzi adamlar ola bilər. Bu da dövlətin ümumi mövqeyi kimi qəbul oluna bilməz. Ona görə də hakimiyyətdəkilər xalqın Primakovla bağlı etirazını nəzərə almalıdırlar. İndiki gərgin vaxtda ölkənin min dərdi, problemi var, düşmən torpağımızı işğal edib, insanlar aqressivləşib, bir-birini söyür, təhqir edir, milləti toparlamaq əvəzinə millətin içinə düşmənçilik toxumu səpilib, üstəlik Primakovu da gətirib ortaya atırlar. Nə baş verir, bu, nə deməkdir? Düşünürəm ki, bu, dövlətə qarşı təxribatdır və hakimiyyətin özünə ziyandır. Hakimiyyət belə şeylərin qarşısını qətiyyətlə almalıdır”. (ayna.az)

Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
Hamısı