Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müavinlərindən birini vəzifəsindən azad edib.
Unikal.org-un əldə etdiyi məlumata görə, Z.Fərəcov müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlunu vəzifəsindən azad olunması barədə əmr imzalayıb.
İcra başçısının bu qərarı vermsinə səbəb isə, Fəzail Hüseynovun şəhərdə sahibkarlara problemlər yaratmasıdır.
Qeyd edək ki, 23 oktyabr tarixində Prezident İlham Əliyev hazırki İqtisadiyyat Naziri Mikayıl Cabbarovu qəbul edərkən xüsusilə də regionlarda sahibkarlara qarşı yerli icra orqanları tərəfindən edilən təzyiqlərdən narahatlığını dilə gətirmişdi. Prezident bu görüşdə sahibkarlara problemlər yaradan məmurların ən sərt şəkildə cəzalandırılacağı ilə bağlı xəbərdarlıq etmişdi.