""Freedom House" hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub" Əflatun Amaşov

Siyasət 19:12 06.11.2019

"Freedom House" hüquq müdafiə təşkilatı dünya ölkələrində internet azadlığı ilə bağlı növbəti illik reytinqini dərc edib və ölkəmizi 65 ölkə arasında 48-ci çıxarıb. Bu təşkilatın Azərbaycana qarşı qərəzini hər kəs bilir. Onu da yaxşı bilirik ki, ümumən qurumun hesabatları siyasi xarakter daşıyır.

Eurasia Diary Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, "Freedom House" internetin azad olmadığı ölkə kimi əhalisi 1 milyard 200 milyonu keçən Çini göstərir:

"Təşkilatın reytinqində birincilik isə İslandiyaya məxsusdur. O İslandiyaya ki, əhalisinin sayı 300 mindən bir az artıqdır. Hələ mən ərazi barədə müqayisə aparmıram. Məsələyə sadə məntiqlə yanaşsaq, Çində hər bir halda internetlə bağlı problem İslandiyadan çox olmalıdır. Amma bunun önəmi yoxdur. Çünki məqsəd Çinin belə demək mümkünsə, azadlıqsevməz mənfi təqdimatına yönəlib".

Ə.Amaşovun sözlərinə görə, "Freedom House" hesabat hazırlayarkən dünyada şəbəkə istifadəçilərinin 87%-nin yaşadığı 65 ölkəni araşdırıb: "Yanaşma qəribədir. Görəsən, siyahıda birinci olan İslandiyanın payına neçə faiz düşür? Və ya ona düşən faiz imkan verirmi ki, ölkə birinci olsun?

Deməli, internetin 87 faizi dünyadakı iki yüzə yaxın ölkədən 65-də cəmlənirsə, məntiqlə internetin azadlıqdan kənar mahiyyətini yerdə qalan ölkələrdə axtarmaq lazımdır. Təbii ki, niyyət safdırsa...

Azərbaycana keçməzdən öncə bildirim ki, "Freedom House" Gürcüstanı və Ermənistanı müvafiq olaraq 10 və 13-cü yerlərdə yerləşdirib. Bəli, təşkilat illərdir "ənənəsinə" sadiqlik nümayiş etdirir. Sən demə, Ermənistan internet azadlığına görə dünya liderlərindəndir. Ermənistan, özü də dünyada 13-cü yer. Tutalım, Gürcüstandakı vəziyyət bizdən yaxşıdır. Amma müqayisəli yanaşsaq, fərq bizdən hesabatda əksini tapdığı qədər yaxşı ola bilməz.

Azərbaycanda internet sahəsində problemlər var. Bunu kimsə istisna etmir. Amma məsələ "Freedom House"nin iddia etdiyi kimi də deyil. Əksinə ölkəmizdə internetin inkişafına ciddi önəm verilir. İnternet hüquqi münasibətlər sistemində özünə kifayət qədər yer tapıb. Ümumən internet Azərbaycanın həyatına daxil olub. Təkcə "facebook" sosial şəbəkəsindən istifadə edənlərin sayı 2 milyona yaxındır.

Azərbaycanda internet informasiya seqmentinin mühüm hərəkətverici qüvvəsi sayılır. Əgər problemdən danışmaq istəyiriksə, bəli deməliyik ki, bu gün ölkəmizdə internetin verdiyi imkanlardan sui-istifadə də var. Gündə bir yeni xəbər saytının adı ilə rastlaşırıq. Bəli, azadlıq kimi dəyərləndirilməli olmayan, azadlığı təhdid edən təhlükə budur.

Sonda bir daha bildirim ki, "Freedom House" hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub. Qurum köhnə şablonlarını bu hesabatında da istifadə edib. Məsələyə belə yanaşma qətiyyən yolverilməzdir".

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı