Rafael Cəbrayılov məhkəməyə verildi | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Rafael Cəbrayılov məhkəməyə verildi

Siyasət A- A A+

Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılovu məhkəməyə verib.

Eurasia Diary "Report"a istinadən xəbər verir ki, mülki iddiaya Abşeron Rayon Məhkəməsində baxılacaq.

Maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia hakim Habil Məmədovun icraatına verilib. İş üzrə hazırlıq iclası növbəti həftə keçiriləcək.

Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun Ingilis dili (humanitar fakultələr üzrə) kafedrasında şalışır və baş müəllimdir. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli-miqdarda borc alaraq qaytarmadığı bildirilir.

Sabiq deputatın borclu olduğu başqa şəxslər də var. Sentyabr ayında Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayıldıqdan sonra, o, Milli Məclisin deputatı mandatından imtina edib. Belə ki, R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...