Rusiya XİN-dən Azərbaycana cavab - "Vasitəçilik missiyasına zidd deyil" | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Rusiya XİN-dən Azərbaycana cavab - "Vasitəçilik missiyasına zidd deyil"

Siyasət A- A A+

Rusiya Xarici İşlər Nazirliyi, Azərbaycanın Ermənistan tərəfindən işgal olunan Dağlıq Qarabağ ərazisində yaradılan qondarma qurum "təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfərinə etiraz notası ilə bağlı bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, bu şəxslərin səfəri şəxsi xarakter daşıyıb.

Bu hadisənin Rusiya qanunvericiliyinə, beynəlxalq müqavilələrə və Rusiyanın Dağlıq Qarabağla bağlı məsələnin tənzimlənməsində vasitəçilik missiyasına zidd olmadığı bildirilib.

Rusiya Xarici İşlər Nazirliyi, eyni zamanda, ATƏT-in Minsk qrupu həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində öz dəstəyini əsirgəməyəcəyini bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...