Suriyada iki erməni ruhani öldürüldü - İŞİD bu dəfə erməni qanı tökdü | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


Suriyada iki erməni ruhani öldürüldü - İŞİD bu dəfə erməni qanı tökdü

Siyasət A- A A+

İslam Dövləti Suriyada iki erməni ruhaninin öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürdü. 

Eurasia Diary xəbər verir ki, Suriyada Qamışlının erməni katolik icmasının keşişi Hovsep Petoyan və atası keşiş İbrahim Petoyan öldürülüb.

Din xadimləri Deyr əz-Zor yolunda bir avtomobildə öldürülüblər. Terrorçular maşına atəş açıblar. İbrahim Petoyan yerindəcə ölüb və bir neçə dəqiqə sonra Hovsep Petoyan qətlə yetirilib. Atışma nəticəsində kilsə katibi Fati Sanon yaralanıb.

Qeyd edək ki, Qamışlıda erməni kilsəsinin yanındakı atışmada bu gün 6 nəfər ölüb, 26 nəfər isə ağır yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...