ABŞ-ın ATƏT-dəki nümayəndəsindən Qarabağ AÇIQLAMASI | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


ABŞ-ın ATƏT-dəki nümayəndəsindən Qarabağ AÇIQLAMASI

Siyasət A- A A+

ABŞ-ın ATƏT-də daimi nümayəndəsi (səfir) Ceyms Qilmor Qarabağ münaqişəsi kontekstində cəbhə xəttində son zamanlar qeydə alınmış qurbanlarla bağlı narahatlığını ifadə edib.

Eurasia Diary erməni KİV-lərinə istinadən xəbər verir ki, səfir eyni zamanda iki ölkə liderləri və Xarici İşlər nazirlərinin görüşlərini müsbət qiymətləndirib.

Onun sözlərinə görə, bu kimi görüşlər müsbət nəticələr verə bilər.

“Biz tərəfləri bu il ərzində müzakirə olunan konkret vasitələrlə bağlı konkret humanitar və təhlükəsiz vasitələrə razılaşmağa çağırırıq ki, bunlar iki ölkə əhalisini sülhə hazırlasın və gərginliyi azaltsın”,- deyə səfir bildirib.(Ordu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...