Hərbi ekspert Karen Hovhannisyan: - "Azərbaycan cəmiyyətini müharibəyə hazırlayır" | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


Hərbi ekspert Karen Hovhannisyan: - "Azərbaycan cəmiyyətini müharibəyə hazırlayır"

Siyasət A- A A+

“Azərbaycanın bütün cəbhəboyu hərbi hissələrində bizə ünvanlanan mesajlar var”

Eurasia Diary xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Hovhannisyan öz “Facebook” səhifəsində qeyd edib.

O bildirib ki, bunlar əsasən “Şəhidlər ölməzdir”, “Azərbaycan ordusu”, “Ayrılmaz vətən”, “İrəli vətən”, “Ordum varsa, evim var” kimi mesajlardır.

“Sondakı “Ordum varsa, evim var” qeydi kifayət qədər diqqəti cəlb edəndir.

Bu, elə bir şeir başlığıdır ki, orada “Mən düşmənin yuvasını öz əlimlə dağıdacam” kimi istəkli sözlər deyilir.

Bu kimi mesajlar əsasən 2019-cu ilin yazından başlayaraq ortaya çıxıb. Azərbaycan indi nəinki sülh, həmçinin müharibə istəyir və öz cəmiyyətini məhz müharibəyə hazırlayır”, - deyə Hovhannisyan qeyd edib.(Ordu.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...