Prezident Zərdaba yeni icra başçısı təyin etdi - SƏRƏNCAM | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Prezident Zərdaba yeni icra başçısı təyin etdi - SƏRƏNCAM

Siyasət A- A A+

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Lütvəli Babəli oğlu Babayevin Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı Eurasia Diary məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə Mərdan Talıb oğlu Camalov Zərdab Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Bundan əvvəl, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə M.T.Camalov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...