Azərbaycanın Udmurtiyadakı diasporu peşə bayramını qeyd edir - FOTO | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


Azərbaycanın Udmurtiyadakı diasporu peşə bayramını qeyd edir - FOTO

Siyasət A- A A+

10 Noyabr 2019-cu ildə İjevskdə "Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi" regional qurumu daxili işlər orqanları işçilərinin peşə bayramının qeyd olunması münasibətilə Udmurt Respublikasının daxili işlər orqanları işçilərinin veteranlarla və respublikanın digər hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşünü təşkil edib.

"Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi"nin sədri Zülfüqar Mirzəyev salamlama nitqi ilə çıxış edərək iştirakçılara diasporun gördüyü işlər və uzunmüddətli planları barədə məlumat verib və Azərbaycan diasporunun bir çox nümayəndəsinin nəinki tibb, təhsil, idman sahəsində uğurla çalışdıqlarını, eyni zamanda hüquq-mühafizə sahəsində nailiyyətlər əldə etdiyini deyib. O, hazırda fəaliyyət göstərən işçiləri və veteranları daxili işlər orqanlarının peşə bayramı münasibətilə təbrik edib. Bütün polis əməkdaşlarına cansağlığı, ruh yüksəkliyi ailə səadəti və çətin və məsuliyyətli işlərində uğurlar diləyib.

Görüşdə səmimi təbrik sözləri ilə İjevsk şəhər Dumasının deputatı, "Azərbaycan-Udmurtiya Dostluq İctimai Mərkəzi" regional qurumun sədr müavini Bəhruz Hümbətov, İjevsk Daxili İşlər Nazirliyinin 1 saylı polis bölməsinin (Leninski rayonu) rəisi, polis polkovniki Elşən Mahmudov, Udmurt Respublikasının Alnaş rayonunun prokuroru, baş məsləhətçi  İlqar Rüstəmov və başqaları iştirak ediblər.

Daxili İşlər Nazirliyinin veteranlarına uzun illər ərzində ləyaqətli sovet milisi, sonra isə rus milisi obrazını yaratdıqları üçün xüsusi təbriklər ünvanlanıb. Daxili işlər orqanlarında uzunmüddət qüsursuz xidmət edən, qanunun aliliyinin və təhlükəsizliyin möhkəmlənməsi işinə verdikləri töhfəyə görə Udmurtiyadakı azərbaycanlıların hörmətini qazanıblar.

Ehtiyatda olan polis polkovniki Nizami Sadıqov, ehtiyatda olan polis polkovniki Eynulla Mustafayev, ehtiyatda olan polis polkovniki Şahlar Mustafayev, ehtiyatda olan ədliyyə polkovniki Qurban Eminov, ehtiyatda olan polis polkovnik-leytenantı, Zavyalovski rayonunun Piroqovskoye bələdiyyəsinin Deputatlar Şurasının deputatı İlqar Cabrayılov və digər  veteranlar hazırda fəaliyyət göstərən zabitlərlə daxili işlər orqanlarında keçdikləri təcrübə və xatirələrini bölüşüblər. Onlar işçiləri vəzifələrini vicdanla yerinə yetirməyə, intizama və qanunun aliliyinə riayət etməyə yönləndiriblər. Həmkarlarına cansağlığı, işlərində uğurlar və cinayətkarlıqla səmərəli mübarizə apara biləcək yeni bir nəsil yetişdirmək arzulayıblar.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...