Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə müdir təyin olunub.
Eurasia Diary xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb.
A.Şükürov bu gün akademiyanın əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.