Zakir Həsənov müşavirə keçirdi - VİDEO - FOTOLAR | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Zakir Həsənov müşavirə keçirdi - VİDEO - FOTOLAR

Siyasət A- A A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusu miqyasında əməliyyat təlimlərinin başlanması ilə bağlı nazirliyin rəhbər heyəti ilə xidməti müşavirə keçirib.

Müdafiə Nazirliyindən Eurasia Diary-ə verilən məlumata görə, döyüşü idarəetmə mərkəzində keçirilən toplantıda bildirilib ki, təlimin planına əsasən Azərbaycan Ordusunun birlik və birləşmələri, qoşun növləri və qismləri həyəcan siqnalı ilə qaldırılaraq tam döyüşə hazırolma dərəcəsinə gətirilib.

Müşavirə zamanı əsas və ehtiyat idarəetmə məntəqələri, həmçinin qoşun növlərinin komanda məntəqələri ilə birbaşa videobağlantı qurularaq qoşunların cari vəziyyəti ilə bağlı brifinq təqdim olunub, əməliyyat şəraiti, kəşfiyyat fəaliyyəti, aviasiya və raket-artilleriya qoşunlarının döyüş imkanları barədə məruzələr dinlənilib.

Müxtəlif qoşun növlərinin əməliyyatların planlaşdırılması qruplarında olan Müdafiə naziri qoşunlara və bölmələrə qərarların və döyüş tapşırıqlarının çatdırılması üzrə müvafiq göstərişlər verib.

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...