"Azərbaycan dilini nənəmdən öyrənmişəm" İran rəsmisi

Siyasət 17:48 13.11.2019

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Eurasia Diary xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:

- Xoş gəlmisiniz. Çox şadam ki, qardaş ölkə sabah keçiriləcək dünya dini liderlərinin Zirvə Görüşündə yüksək səviyyədə iştirak edəcək. Həm bu Zirvə Görüşündə iştirak çox önəmlidir, eyni zamanda, yaxşı fürsətdir ki, ikitərəfli məsələləri də müzakirə edək.

Bildiyiniz kimi, bu yaxınlarda İran İslam Respublikasının Prezidenti cənab Ruhani Azərbaycanda səfərdə idi, Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edirdi. Səfər çərçivəsində bizim görüşümüz olmuşdur. Çox yaxşı görüş oldu. Görüş zamanı gündəlikdə duran bir çox ikitərəfli məsələləri müzakirə etdik. Bir daha gördük ki, İran-Azərbaycan əlaqələri yüksək səviyyədədir, uğurla inkişaf edir. İmzalanmış bütün sənədlər, əldə olunmuş razılaşmalar icra edilir. Bu, onu göstərir ki, əlaqələr çox səmərəlidir və yaxşı nəticə verir. Əminəm ki, gələcəkdə bu əlaqələrin inkişafı üçün hər iki tərəf öz səylərini göstərəcək və əldə edilmiş bütün razılaşmalar həyatda öz yerini tutacaqdır.

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi deyib:

- Çox sağ olun, təşəkkür edirəm. Bizə vaxt ayırdığınıza və bizi qəbul etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. İki il bundan əvvəl mənə belə bir fürsət yarandı, xanım Mehriban Əliyeva ilə görüşdüm və indiyədək həmin görüşü xatırlayıram, xoş təəssüratları yadımdadır.

Əvvəlcə, istərdim ki, öz dövlətimin, İran İslam Respublikası dövlətinin və xalqının səmimi salamlarını Sizə çatdırım. Bizimlə Azərbaycan arasında müştərəkliklər, bağlılıqlar çoxdur. Mən uşaqlıqdan Azərbaycan dilini nənəmdən öyrənmişəm. İllər keçdikcə bu dili mənə öyrətdiyinə görə və öz sinəsindən mənim sinəmə bu dili nəql etdiyinə görə həmişə ona dua edirəm.

Bizimlə sizin aranızda bir çox bağlılıqlar, müştərəkliklər var, o cümlədən mədəni sahədə. Buna görə də biz mədəni sahədə bir çox birgə layihələr həyata keçirmişik və əməkdaşlıqlar etmişik. Mədəniyyət Nazirliyi ilə bir çox proqramlar, layihələr icra etmişik, gələcəkdə də bunu davam etdirəcəyik.

Söhbət zamanı ölkələrimiz arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsində dövlət başçıları arasında mütəmadi olaraq keçirilən görüşlərin əhəmiyyəti qeyd edilib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Hamısı