Bəxtiyar Hacıyev Paşinyanla görüşdən danışdı: "Tədbirdən sonra..."

Siyasət 17:44 13.11.2019

Azərbaycanlı fəal Bəxtiyar Hacıyev Paris Sülh Forumunda ünvanladığı sualla Ermənistanın Baş Naziri Nikol Paşinyanı çətin duruma salıb. O baş nazirə müraciətlə “Biz hamımız başa düşürük ki, sülh, konfliktin həlli bütün regionda vəziyyətin sabitləşməsi və çiçəklənməsi deməkdir. Siz qarşı tərəfin baş naziri kimi Xankəndində “Qarabağ Ermənistandır” demisiz. Bu, məsələnin sülh yolu ilə həll edilməsinə necə yardım edə bilər” – deyə sual ünvanlayıb.

N.Paşinyan suala cavab verməkdə çətinlik çəkib. O, bundan öncə verdiyi açıqlamalara istinad edərək, ciddi bir arqument göstərə bilməyib.

Sosial şəbəkələrdə və mətbuatda B.Hacıyevin erməni baş naziri susdurması təqdir edilib. Bununla bərabər, onu tənqid edənlər, məsləhət verənlər də az olmayıb.

Eurasia Diary xəbər verir ki, məlum hadisə barədə Modern.az-a danışan siyasi fəal tənqidlərə də bir-bir cavab verib. O, məlumat mətbuatda yayılandan sonra rəsmi şəxslərdən, millət vəkillərindən, Azərbaycan diasporundan zənglərin gəldiyini, təşəkkürlər aldığını söyləyib.

“Hətta burada, Parisdə də yaxınlaşıb, minnətdarlıq edənlərlə qarşılaşdım. Halbuki təşəkkür ediləcək bir şey yoxdur. Mən sual verməklə Nikol Paşinyanın təktərəfli təbliğatının qarşısını almağa borclu idim. Bu borcumu yerinə yetirdim.  

Tənqid edənlər də oldu. Hesab edirıəm ki, bu tənqid edənlərin bəziləri ya Paris Sülh Formunun formatından xəbərsizdir, ya da sadəcə olaraq, qərəzli mövqe ortaya qoyurlar. Çünki Paşinyanın iştirak etdiyi  format “Masterclass” formatıdır. Bu o deməkdir ki, baş nazir tədbir iştirakçıları ilə kiçik bir sahədə görüşür, onların suallarına cavab verir. Artıq ikinci ildir, Paşinyan bu tədbirdə çıxış edir. Tənqid edənlər deyirdi ki, siz orada mütləq ikinci sualı verməli idiniz, Paşinyana cavab verməli, dediklərinə etiraz etməli idiniz. Amma onlar başa düşmürlər ki, həmin tədbirdə cəmi bir sual imkanı var idi, bundan istifadə etdim.

Mənim yanımda erməni jurnalistlər oturmuşdular. Onlar sual növbəsi gözləyirdilər. İki seçim ola bilərdi. Ya erməni jurnalist sual verəcəkdi, hansı ki, sualın özü də erməni təbliğatını ehtiva edəcək, Paşinyan da buna cavab verəcəkdi. Ya da tək sual vermək imkanımdan istifadə edərək, mən irəli duracaqdım. Bununla Paşinyanın apardığı təktərəfli təbliğat, Azərbaycanı sülh prosesinə maneə kimi göstərmək cəhdi alınmır. Mənim orada sual verərkən məqsədim o idi ki, Paris sülh formunda iştirak edərkən insanlar görsünlər ki, bir ölkənin baş naziri başqa bir ölkənin ərazisinə gedib, Qarabağ Ermənistandır deyirsə, sülh prosesinə ən böyük zərbəni elə onun özü vurur. Gəlib sülh formunda özünü sülh carçısı kimi göstərməməlidir”, - deyə B.Hacıyev bildirib.

 

Onun sözlərinə görə, tənqid edənlərdən bəziləri Nikol Paşinyanın Sumqayıt məsələsinə toxunmasına diqqət çəkib:

 

“Paşinyanın Sumqayıt  məsələsinə diqqət çəkməyinə qarşı hansısa addım atmaq əsassız tənqiddir. Çünki Nikol Paşinyan çox məsələlərdən danışa bilər. Məsələn, Stokholmda keçən həftə Ermənistan Xarici İşlər naziri ilə görüşdə mən ona sual ünvanlamışdım. O sualdan əvvəl də, sonra da Ramil Səfərovun erməni zabiti qətlə yetirməsi, sonra isə öldürməsi məsələsinə toxunmuşdu. Biz sual verərkən erməni rəsmilərinin hansı cavabı verəcəyini, hansı məsələlərə toxunacağını əvvəlcədən təxmin edə bilmərik ki, bundan qorunaq. İkincisi isə budur ki, tədbiri moderator idarə edir və sualın qısa şəkildə verilməsini diqtə edir.

Düşünürəm ki, belə bir mötəbər tədbirdə, Fransa prezidentinin və bir çox ölkələrin dövlət və hökumət başçılarının iştirak etdiyi forumda müşahidəçi qalmamaqla , tədbir vaxtı şəhərə çıxıb, Parisi gəzməməklə, oturub, Nikol Paşinyanın təktərəfli təbliğatına müdaxilə etməklə doğru addım atmışam. Tənqidlər həmişə olacaq, normaldır. Arzu edirəm ki, tənqid edənlər, elə bəzi KİV rəhbərləri özləri də nə zamansa belə tədbirlərə özləri, nümayəndələri gəlsinlər və mənim addımımı təkrarlasınlar”.

Erməni tərəfinin hadisəyə münasibətinə gəlincə, B.Hacıyevin sözlərinə görə, erməni rəsmilərdən heç bir müdaxilə olmayıb:

“Amma erməni jurnalistlər hiss etdim ki, artıq mənim kim olduğumu araşdırmağa başladılar. Mənə suallar verdilər. Tədbirdən sonra bir neçəsi yaxınlaşıb, söhbət etməyə başladı. Hətta Fransada və başqa ölkələrdə yaşayan ermənilər, Rusiya və digər səfirliklərin əməkdaşları mənə yaxınlaşdılar. Amma təzyiq olmadı. Çünki orada təzyiqə rəvac verəcək addım atmamışdım. Tənqidlər içərisində orada aqressiv davranmaq, başqa cür addım atmaq lazım olduğunu deyənlər də var idi. Amma bura Paris Sülh Forumudur, Paşinyan Azərbaycanı, Azərbaycan xalqını aqressiv xalq kimi təqdim edirdi. Mən orada müdaxilə etsəydim, kənarlaşdırıla bilərdim. Bununla Paşinyan haqlı çıxardı.

Mən isə sadəcə olaraq, elə tədbir iştirakçılarının, qərblilərin başa düşəcəyi üslubda Paşinyana öz etirazımı bildirdim. Göstərdim ki, onun məsuliyyətsiz və populist bəyanatları sülh prosesinə heç bir töhfə vermir. Əksinə sülh prosesini dayandırır, çıxılmaz dalana sürükləyir. Özüm aqressiv davranmadım və belə bir davranışa rəvac vermədim”.

Hacıyev əlavə edib ki, sosial şəbəkələrdə erməni istifadəçilərin nə yazdığı isə maraqlanmır:

“İzləməmişəm və vaxtım da yoxdur. Onlar təbii ki, öz erməni mövqelərindən çıxış edəcəklər. Məni narahat edən isə Azərbaycandakı bəzi insanların mövqeləri idi. Onlar sanki mənim burada oturub, tədbiri müşahidə etməyimi daha üstün sayırlar, nəinki sual verib, təktərəfli təbliğata müdaxilə etməyimi”.

"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO

Xəbər xətti

IMF Azərbaycanda inflyasiyanın gerilədiyini proqnozlaşdırır
21:00 16.04.2024
Serbiya Prezidenti COP-29-a dəvət edilib
20:50 16.04.2024
Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib
20:43 16.04.2024
Qırmızı Meydanın bağlanma səbəbi açıqlanıb
20:40 16.04.2024
IMF Azərbaycanda iqtisadi artımla bağlı proqnozlarını yaxşılaşdırıb
20:20 16.04.2024
Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək
20:00 16.04.2024
Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib
19:50 16.04.2024
Moskvanın Qırmızı Meydanı BAĞLANDI
19:44 16.04.2024
"Dünya xaosa doğru sürüklənir" - Deputat Əli Məsimli ilə Müzakirə - VİDEO
19:30 16.04.2024
Qəzzada ölənlərin sayı 34 minə YAXINLAŞIR
19:20 16.04.2024
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi əməkdaşlıq MÜZAKİRƏ OLUNDU
19:10 16.04.2024
Zelenski Ukraynada səfərbərlik haqqında qanun imzalayıb
18:56 16.04.2024
Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN-dən XƏBƏRDARLIQ
18:47 16.04.2024
Bakıda yol qəzası sıxlığa səbəb olub
18:38 16.04.2024
Azərbaycanın cəsur qadınları QARABAĞDA! - VİDEO - FOTOLAR
18:32 16.04.2024
Umud Mirzəyev: “Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində səsləndirdiyi iddialar absurddur”
18:30 16.04.2024
Kirakosyandan Azərbaycana qarşı növbəti təxribat dolu İDDİALAR - VİDEO
18:21 16.04.2024
Paytaxtda 19 yolda sıxlıq müşahidə olunur
18:19 16.04.2024
Sabah Bakının üç rayonunda qaz olmayacaq
18:10 16.04.2024
Nazim Bəydəmirlinin istintaqı yekunlaşıb: Məhkəmə başlayır
17:47 16.04.2024
Ermənistan XİN rəhbəri Səudiyyə Ərəbistanına gedir
17:35 16.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı əssasız İDDİALAR - VİDEO
17:30 16.04.2024
Azad edilmiş ərazilərdəki yaylaqlara 4 mindən çox fermer KÖÇƏCƏK
17:25 16.04.2024
Rusiyada TikTok bloklana bilər
Rusiyada TikTok bloklana bilər
17:17 16.04.2024
Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
Hamısı