Vilayət Eyvazovdan Həzi Aslanovun yerinə təyinat - FOTO | Eurasia Diary - ednews.net

15 Dekabr,


Vilayət Eyvazovdan Həzi Aslanovun yerinə təyinat - FOTO

Siyasət A- A A+

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə yeni rəis təyin edib.

Eurasia Diary "Qafqazinfo"ya istinadən xəbər verir ki, nazir bununla bağlı bu gün əmr imzalayıb. Nazirin əmrinə əsasən, bu vəzifəyə Lənkəran Şəhər Polis Şöbəsinin rəisi polkovnik İslam Hümbətov gətirilib.

Qeyd edək ki, bunadək Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Həzi Aslanov olub. Bir neçə gün öncə nazirin əmri ilə Həzi Aslanov həmin vəzifədən azad edilərək, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

Polkovnik İslam Hümbətov

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...