Erməni jurnalistləri Bakıya kim gətirir?.. | Eurasia Diary - ednews.net

15 Dekabr,


Erməni jurnalistləri Bakıya kim gətirir?..

Siyasət A- A A+

Noyabrın 17-də bir qrup erməni jurnalistin Bakıya gələcəyi barədə xəbər yayılıb. Erməni jurnalistlərin bəzi dövlət qurumlarına baş çəkəcəkləri və bir sıra görüşlər keçirəcəkləri bildirilir.
Daha sonra azərbaycanlı jurnalistlərin də Ermənistana səfər edəcəyi söylənilir.
Erməni jurnalistlər Bakıya hansı xətlə gəlirlər?

Eurasia Diary xəbər verir ki, Modern.az saytı erməni jurnalistlərin Bakı səfəri ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə müraciət edib.

XİN sözçüsü Leyla Abdullayeva saytımıza açıqlamasında məsələyə hər hansı cavabının olmadığını bildirib:

“Erməni jurnalistlərin Bakı səfərinə hər hansı şərhim olmayacaq. Çünki həmin məsələ barədə hər hansı informasiyaya malik deyiləm. Yaxşı olar ki, bu haqda səfəri təşkil edənlərdən cavab alasınız”.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ATƏT-in Baş katibi Tomas Hermingerlə keçirdiyi brifinqdə Qarabağ münaqişəsi tərəflərinin “vəziyyəti bir az yumşaltmaq və etimad atmosferinin yaradılmasını dəstəkləmək üçün” jurnalistlərin qarşılıqlı səfərləri barədə razılıq əldə etdiklərini açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...