Millət vəkili verginin bu növünə qarşı çıxdı - VİDEO | Eurasia Diary - ednews.net

5 Dekabr, Cümə axşamı


Millət vəkili verginin bu növünə qarşı çıxdı - VİDEO

Siyasət A- A A+

Ölkəmizdə gənclər arasında kitaba meyilliliyin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir, amma kitaba, çap məhsullarına, ali məktəb dərsliklərinə qoyulan ƏDV qonşu ölkələrlə müqayisədə çox yüksəkdir.

Eurasia Diary xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərlə bağlı müzakirələr zamanı deyib.

“Bu gün ən vacib məsələlərdən biri cəmiyyətdə kitab oxumağa meyilliliyin artırılması istiqamətində addımlar atmaqdır. Bəzi ölkələrdə ümumiyyətlə kitaba görə ƏDV tətbiq olunmur, bəzilərində isə bu, çox cüzi rəqəmlərlə ölçülür. Xahiş edirəm qarşıdan gələn 2020-ci ildə sözügedən məhsullara qoyulan 18 faizlik ƏDV azaldılsın, mümkün olduğu təqdirdə isə ləğv edilsin”, - millət vəkili bildirib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...