"Rusiya heç vaxt Ermənistanın müttəfiqi olmayıb və olmayacaq" - Vadim Dubnov | Eurasia Diary - ednews.net

15 Dekabr,


"Rusiya heç vaxt Ermənistanın müttəfiqi olmayıb və olmayacaq" - Vadim Dubnov

Siyasət A- A A+

Rusiya heç vaxt Ermənistanın müttəfiqi olmayıb və olmayacaq.

Eurasia Diary xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində rusiyalı jurnalist Vadim Dubnov deyib.

Erməni jurnalist müsahibə zamanı Aprel savaşından sonra Rusiyanın Azərbaycana silah satmasının Ermənistanda pis qəbul edilməsi, cəmiyyətdə Rusiyanın hərəkətindən nəticə çıxararaq, onun kimi öz maraqlarını müdafiə etməli olmasına dair fikir səslənməsi ilə maraqlanıb.

Dubnov isə cavabında erməni cəmiyyətində fikir ayrılığının olduğunu söyləyib:

“Təəssüf ki, 2016-cı ildən bu yana heç nə dəyişməyib. Biz yenidən bəyanatlarda mənası anlaşılmayan “müttəfiq” sözünü eşidirik. Rusiya heç vaxt Ermənistanın müttəfiqi olmayıb və olmayacaq. Rusiya nə 19-cu əsrdə, nə də 1915-ci ildə ermənilərlə müttəfiq olub. Bunu hər kəs yaxşı anlayır. Bununla belə, Rusiyaya qarşı ikibaşlı tələb irəli sürülür. Cəmiyyət onun müttəfiq olmadığını anlayaraq, buna inanmağa davam edir və inandıqlarına dair görüntü yaradır, çünki başqa sığınacaq yeri yoxdur. Bu da mif və yalandır. Əgər buna inanmırıqsa, o zaman nəsə praqmatik şey qurmağa cəhd edilməlidir. Amma bu, qurulmur, ona görə ki, heç bir siyasi fiqur, o cümlədən hazırda hakimiyyətdə olanlar bu praqmatizmi qurmağa cəsarət etmir. Məncə, erməni cəmiyyəti və siyasi elitası daxilində sözügedən ziddiyyət həll edilməyənə qədər bu vəziyyət davam edəcək”.(axar.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...