Türkiyənin Qəhramanmaraş vilayətində prezident Rəcəb Tayyib Ərdoğana göndərilmək üçün hazırlanan və üzərində "siyanid içiləcək" yazan məktub aşkarlanıb.
Eurasia Diary xəbər verir ki, Məktubun üzərində yazılanlar AFAD (Fövqəladə Hallar Başqanlığı) nümayəndələrini hərəkətə keçməyə məcbur edib.
Həyata keçirilən ilk tədqiqatda məktubda siyanid (zəhərli maddə) maddəsinin izi aşkarlanmasa da, məktub daha ciddi analiz edilməsi üçün labaratoriyaya göndərilib.