"Azərbaycanın parlaq gələcəyi Yeni Azərbaycan Partiyasındadır" Əli Əhmədov

Siyasət 11:22 20.11.2019

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov "Azərbaycanın dünəni, bu günü və gələcəyi" adlı məqalə yazıb. 

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün yaratdığı Yeni Azərbaycan Partiyasının ölkəmizin tarixində yerini məhz bu cür müəyyənləşdirmişdi. Partiyanın yaranmasından artıq 27 il keçir. Noyabr ayının 21-də Yeni Azərbaycan Partiyasının yaranmasının növbəti ildönümü qeyd olunacaq. Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib.

Keçən əsrin 90-cı illəri Azərbaycanın tarixinə həm şanlı, həm də qara səhifələr kimi daxil olub. Dövlət müstəqilliyinin bərqərar olması, xalqın çoxdan arzuladığı azadlığa qovuşması tariximizin şanlı səhifələrini təşkil etdiyi halda, ölkəmizin erməni təcavüzünə məruz qalması, 20 faiz torpaqlarımızın işğal olunması, minlərlə vətəndaşımızın həlak olması, onun qara səhifəsidir. Ancaq təəssüf hissi ilə bildirməliyəm ki, yaşamağa məhkum edildiyimiz qara, təlatümlü günlər yalnız yuxarıda deyilənlərlə məhdudlaşmır. 1992-ci ildə xalq hərəkatı dalğası üzərində hakimiyyətə gələnlərin ölkəyə və xalqa yaşatdırdığı müsibətlər qeyd olunanlardan heç də az tünd rəngdə deyil. İqtisadiyyatın talan edilməsi, iş yerlərinin kütləvi surətdə bağlanması, 1600 faizə çatan hiperinflyasiya, Bakının tükürpədən simasına çevrilmiş çörək növbələri, xaos, anarxiya, dərəbəylik, siyasi qeyri-müəyyənlik və qeyri-sabitlik insanların yaşamaq ümidlərini bütünlüklə qırmışdı. Şimalda və cənubda baş qaldırıb tüğyan edən separatçılıq dövlətin müstəqilliyi və ölkənin bütövlüyü üçün ciddi təhdidə çevrilmişdi".

Ə.Əhmədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası belə bir zamanda yarandı, onun qurucusu və lideri Heydər Əliyev ümidsizliyə qapanmış ölkəyə ümid verdi, tarixi xilaskarlıq missiyasını öz çiyinləri üzərinə götürdü: "Qısa vaxtda yuxarıda sadalanan böhranlar, təlatümlər, təhlükələr aradan qaldırıldı. Azərbaycan yenidən canlandı, ayaq üzərinə qalxdı, ölkədə iqtisadi və siyasi islahatlar keçirildi, ən əsası isə insanlar müstəqilliyin və azadlığın faydalarını görməyə başladı, xalq isə sözün həqiqi mənasında öz taleyinin sahibi oldu. Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycanın iqtisadiyyatının möhtəşəm inkişafı, insanların rifahının yaxşılaşması, ölkənin simasının inanılmaz dərəcədə müasirləşməsi və yaxşılaşması, ordumuzun qüdrətinin artması, dünya miqyasında nüfuzunun yüksəlməsi və daha nə qədər tarixi möhtəşəm dəyişikliklərin tarixidir. 2003-cü ildən bu yana keçən illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ağlagəlməz sosial-iqtisadi və mədəni sıçrayışı, dünyanın ən dinamik iqtisadiyyatı, ən islahatçı dövləti, çiçəklənən ölkəsi adını qazanması, bir çox mötəbər reytinqlərdə ən layiqli yer tutması müasir tariximizin ən parlaq səhifələri kimi yaddaşlara həkk olunub. Azərbaycan indi bütün yer kürəsində bu cür tanınır, sayılır və hörmət edilir".

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının tarixi kimi bu günü də parlaq və qürurvericidir: "Həyatımızın ən böyük neməti olan müstəqillik və təhlükəsizlik göz bəbəyi kimi qorunur. Ölkəmizin dünyada ən sabit və təhlükəsiz ölkələrdən biri olması insanlarımızın qürur və rahatlıq mənbəyidir. İnkişaf, tərəqqi, müasirləşmə Azərbaycanın həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. Hər yerdə inkişaf, hər yetdə yeniləşmə müşahidə olunmaqdadır. Şərəfli tarixi, parlaq bugünü ilə qürur duyan Yeni Azərbaycan Partiyasının ən böyük avantajı onun gələcəyidir. 27 il bundan əvvəl insanlarımız Azərbaycanın gələcəyini Yeni Azərbaycan Partiyasında gördükləri kimi indi də parlaq gələcəyini onunla bağlayır. Prezident İlham Əliyevə olan inam, onun siyasətinin uğurları Azərbaycanın gələcəyə doğru inamlı addımlarının sınanmış yol xəritəsidir. Bu yol bizi daha böyük nailiyyətlərə, daha firavan gələcəyə, daha qüdrətli dövlətə doğru aparır. İnamla getdiyimiz yolda qarşımıza tör-töküntülər də çıxır. Onların əksəriyyəti tariximizin qaranlıq səhifəsini təşkil edən 1992-1993-cü illərdən qalmadır, alaq otu kimi ayaqlara dolaşır". 

"Xalqın etimadını qazana bilməyən bu zatlar böhtan atmağı, qara yaxmağı, yalan və şayiələr uydurmağı özlərinə peşə seçiblər. Heç bir işıqlı ideyaların daşıyıcısı olmamaları bir yana qalsın, cəmiyyətdə mənəviyyatsızlığın baş təbliğatçısına çevriliblər. Müasir informasiya texnologiyalarının yaratdığı fürsətdən istifadə edərək anonim şəkildə insanlara qarşı mənəvi terror təşkil edir, şəxsiyyətini və ləyaqətini aşağılamağa çalışır, sanki bundan həzz alırlar. Qeyri-ixtiyari yadıma onların natamamlıq kompleksi və bir də Azərbaycanın müasir məğrur yüksəlişində ayaqlara dolaşan o zamandan qalan törtöküntülərə 1993-cü ildə xalqın mütləq əksəriyyətinin dərin nifrəti düşür. Aradan 26 il keçməsinə baxmayaraq o nifrət hələ də unudulmayıb.

Gələcək tör-töküntülər deyil, sağlam köklər üzərində qərar tutub yüksəlir. Bu sağlam kökləri isə özündə Yeni Azərbaycan Partiyası ehtiva edir. Azərbaycanın parlaq gələcəyi Yeni Azərbaycan Partiyasındadır. Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibətilə başda partiyanın Sədri cənab İlham Əliyev, Sədrin müavini Mehriban xanım olmaqla, bütün təşkilat üzvlərini təbrik edir, ölkəmizin firəvan gələcəyi naminə onlara yeni-yeni nailiyyətlər arzulayıram", - o əlavə edib.

Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO

Xəbər xətti

Ceyhun Bayramov: Aİ-Ermənistan-ABŞ konfransı Ermənistanı yeni təxribatlara təşviq edə bilər
17:55 29.03.2024
AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb
17:50 29.03.2024
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
Əl-Cəzirənin departament rəhbəri Sami Əl-Həcc Qubadlıda xanımının ata yurduna gəlib
17:49 29.03.2024
Prezidentin köməkçisi: “ABŞ-ın müəyyən bəyanatları və addımları bizi məyus edir”
17:45 29.03.2024
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
“Qarabağ” futbolçularına görə heç bir klubdan təklif almayıb
17:40 29.03.2024
Ermənilər dəyirdilər ki, sizi öldürəcəyik - Qərbi Azərbaycan sakini - VİDEO
17:30 29.03.2024
Sumqayıtda fəhlə zavodda xəsarət alaraq öldü
17:10 29.03.2024
Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayır
17:00 29.03.2024
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan sülhə yaxındır”
16:51 29.03.2024
Bakıda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı
16:40 29.03.2024
Güclü külək əsəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ
16:34 29.03.2024
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
"Ukrayna ordusu qumar aludəçiliyinə qərq olub" - Ukraynalı Deputat
16:26 29.03.2024
Qərbi Azərbaycanlı xanım: "Hər şeyimizi əlimizdən aldılar" - VİDEO
16:18 29.03.2024
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
16:00 29.03.2024
Havada toz müşahidə olunur
Havada toz müşahidə olunur
15:45 29.03.2024
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
Lavrov Zelenskinin sülh planını rədd edir və bu planı dəstəkləyənlərin “ciddi olmadığını” deyir.
15:39 29.03.2024
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
Hulusi Akar: “Ermənistan uzadılan sülh əlini tutmalıdır”
15:30 29.03.2024
Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu
15:20 29.03.2024
Aİ-nin Cənubi Qafqaz missiyası... - Erməni politoloqun ŞƏRHİNDƏ - ÖZƏL
15:10 29.03.2024
8 Noyabr prospektində əsaslı təmir işləri aparılır
15:00 29.03.2024
Məşhur rejissor cəngavər statusu alacaq
Məşhur rejissor cəngavər statusu alacaq
15:00 29.03.2024
Azərbaycanda problemli kreditlərin məbləği AZALIB
14:48 29.03.2024
Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILIR - MƏBLƏĞLƏR
14:42 29.03.2024
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar  var
Tacikistanda “Crocus”dakı terror aktı ilə bağlı saxlanılanlar var
14:35 29.03.2024
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
Rusiya hücumları elektrik stansiyalarına ziyan vurdu
14:33 29.03.2024
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
Siyavuş Novruzov: Yalnız 3 jurnalist güzəştli ipoteka krediti alıb
14:30 29.03.2024
Müharibə veteranları üçün yeni güzəşt MÜƏYYƏNLƏŞİR
14:25 29.03.2024
Milli Məclisin növbəti iclasının tarixi məlum olub
14:15 29.03.2024
Bu halda ipotekaya xitam VERİLƏCƏK
Bu halda ipotekaya xitam VERİLƏCƏK
14:05 29.03.2024
Azərbaycanda kişilərin 5 il erkən pensiya hüququ tanınacaq
14:00 29.03.2024
Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olundu
13:55 29.03.2024
Nazim Bəydəmirlinin həbs müddəti uzadılıb
13:50 29.03.2024
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
Filippində İsa Məsihin çarmıxa çəkilməsi canlandırılıb
13:45 29.03.2024
Umud Mirzəyev: “Aİ-nin Cənubi Qafqaza səfəri regionu öz təsir dairəsində saxlamaqdır”
13:36 29.03.2024
Narkotik istehlak etməsi müəyyənləşdirilən şəxslər vergi orqanlarında xidmətə qəbul olunmayacaq
13:25 29.03.2024
Xüsusi rütbə vergi orqanlarının vəzifəli şəxslərinə ömürlük veriləcək
13:20 29.03.2024
Fransada inflyasiya kəskin artıb
Fransada inflyasiya kəskin artıb
13:15 29.03.2024
Bakıda yeni elektrik avtobusu istifadəyə verildi
13:05 29.03.2024
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
OPEC-dən həyacan təbili: Enerji qiymətləri kəskin bahalaşa bilər
13:00 29.03.2024
Ötən il Azərbaycana xaricdən 1,7 mlrd. dollar pul baratı daxil olub
12:49 29.03.2024
Hamısı