Azərbaycan və Türkiyə vəkilləri Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata keçirəcək.
Eurasia Diary E-huquq.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.
Onun sözlərinə görə, Xocalı soyqırımı ilə yanaşı, "Qarabağa işğala son" adı altında aksiyaların keçirilməsi də nəzərdə tutulur: "Bu barədə Türkiyə Vəkillər Birliyinin sədri Mətin Mətin Feyzioğlu ilə razılıq əldə etmişik. Biz Azərbaycan və Türkiyəyə olan haqsızlıqlara qarşı axıradək birlikdə mübarizə aparacağıq. Bu, bizim əsas hədəfimizdir və fəaliyyətimizin bəlkə də təməlini təşkil edir".