Azərbaycan bloqeri erməni kilsəsinə girdi - Paşinyanla mübahisə... - VİDEO | Eurasia Diary - ednews.net

16 Dekabr, Bazar ertəsi


Azərbaycan bloqeri erməni kilsəsinə girdi - Paşinyanla mübahisə... - VİDEO

Siyasət A- A A+

Ermənistanın baş naziri Nikol Paşinyan və Milandakı erməni icmasının nümayəndələri arasında kilsədə keçirilən görüşdə bir azərbaycanlı video bloqerin iştirakı ilə qeyri-adi hadisə baş verib.

Eurasia Diary erməni KİV-inə istinadən bildirir ki, oraya toplaşanlar üçün gözlənilmədən azərbaycanlı video bloqer Ata Abdullayev baş nazir N. Paşinyana xoşagəlməz suallar verməyə başlayıb.

A.Abdullayev özü bununla bağlı Facebook səhifəsində video yayıb. Azərbaycanlı Ermənistan hökumətinin başçısından soruşub: “Bütün dünya ermənilər tərəfindən azərbaycanlıların soyqırımını tanıdı, buna nə vaxt son qoyulacaq. Bu müharibəni dayandırın, bizə müharibə lazım deyil, torpaqlarımızı azad edin ki, Xocalıımı, Şuşamı görüm. Barış istəyirəm, sülh nə vaxt olacaq?”.

Nikol Paşinyan erməni kilsəsində azərbaycanlını görəndə özünü itirib. Bununla belə, Ermənistanın baş naziri deyib ki, "qeyd etmək lazımdır ki, azərbaycanlı erməni kilsəsindədir və Ermənistanın hökumət başçısına sual verir”.

Ata Abdullayev həmçinin Paşinyandan Qarabağın işğal zonasında həbsdə olan azərbaycanlı girovlar Dilqəm Əsgərov və Akif Şahbazovun azad edilməsini tələb edib.

A.Abdullayevin sosial şəbəkələrdə yaydığı videonu diqqətinizə çatdırırıq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...