MTN generalının cinayət işindən XƏBƏR VAR - Yeni vəkil... | Eurasia Diary - ednews.net

15 Dekabr,


MTN generalının cinayət işindən XƏBƏR VAR - Yeni vəkil...

Siyasət A- A A+

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Əziz Seyidovun sədrliyi ilə qapalı keçirilən prosesdə iş üzrə maraqlı şəxslər Akif Çovdarovun ailə üzvləri yeni vəkil Nəriman Əliyevlə müqavilə bağlayıb.

İşə qoşulan vəkil cinayət işi ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Proses noyabrın 28-ə qədər təxirə salınıb.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apelyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər. Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apelyasiya şikayətini təmin etməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...