Erməni analitik Alla Aydiyan Ermənistanın Baş naziri Nikol Paşinyanın Milanda Qarabağla baglı açıqlamalarını şərh edərkən maraqlı məqamlara toxunub.
Eurasia Diary xəbər veriri ki, Aydiyan erməni saytı olan “Аysor.am”a müsahibəsində Ermənistan hakimiyyəti icində gedən söz-söhbətlərdən xəbərdar oldugunu bildirib.
“Mən hakimiyyət daxilində baş verən bəzi vacib məqamları adi insanlardan cox bilirəm. Belə ki, Paşinyan bu gün keçmiş prezident Serj Sərkisyanın atəşkəs müqabilində (2016-cı il Aprel savaşı vaxtı nəzərdə tutulur – red.) Meğri və 7 rayonu Azərbaycana qaytarmaq istəyində ittiham edir. Mən bu söhbətin bəzi detallarını bilirəm, amma tam olaraq mənzərəni görmək olmur”, - deyə ekspert qeyd edib.
Aydiyan istisna etmir ki, məhs bu fakt Sərkisyan hakimiyyətinə son qoyub.
Paşinyanın dünənki çıxışına gəldikdə isə erməni analitik qeyd edib ki, Nikol Milanda danışarkən Ermənistan cəmiyyətini manipulyasiya edirdi.
“Hamı Paşinyanın Qarabağla bağlı tezisini yaxşı bilir: “Bütün tərəfləri razı salacaq həll variantı ilə razıyam”. Azərbaycan tərəfinin bununla baglı əsas fikri “Qarabağ – Azərbaycanındır və nida işarəsi”dir. Belə çıxır ki, Paşinyan bu fikirlə razıdır? Bu manipulyasiyadır. Amma gərək Paşinyan bu tip manipulyasiya və maxinasiyalardan əl çəksin. Axı bu mövzü öz həssaslığı ilə seçilir”, - deyə erməni analitik qeyd edib.
Xatırladaq ki, Meğri şəhəri 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanmışdır. Meğrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi.