ABŞ qondarma "erməni soyqırımı"nı yenidən rədd etdi | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


ABŞ qondarma "erməni soyqırımı"nı yenidən rədd etdi

Siyasət A- A A+

1915-ci il hadisələrinin erməni soyqırımı kimi tanınmasını ehtiva edən qətnamə, demokrat senator Bob Menendez tərəfindən ABŞ Senatına ikinci dəfə təqdim olunub.

Eurasia Diary xəbər verir ki, bu dəfə Corciya ştatının senatoru Devid Perdu qətnamənin səsverməyə çıxarılmasını blok edib.

Senator bildirib ki, qətnamənin müzakirəyə çıxarılması üçün doğru zaman deyil.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının 29 oktyabrda keçirdiyi səsvermədə qəbul edilən "erməni soyqırımı" qətnaməsi Türkiyə lideri Ərdoğanın ABŞ səfərindən sonra respublikaçı senator Lindsi Qrehem tərəfindən blok olunmuşdu.(publika.az)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...