XİN-dən Ata Abdullayevlə bağlı açıqlama: - “Bu şəxs…” | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


XİN-dən Ata Abdullayevlə bağlı açıqlama: - “Bu şəxs…”

Siyasət A- A A+

Ata Abdullayevin diplomatik pasportunun olması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur.

Eurasia Diary xəbər verir ki, bu sözləri Axar.az-a eksklüziv açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bloger Ata Abdullayevin diplomatik pasportu olması ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib. O bildirib ki, Ata Abdullayev adlı şəxs nə diplomatik, nə də xidməti pasporta sahibdir:

“Bu şəxs üçün nə diplomatik, nə də xidməti pasport rəsmiləşdirilib”- L.Abdullayeva söyləyib.

Qeyd edək ki, sosial şəbəkələrdə İtaliyanın Milan şəhərində Ermənistanın Baş naziri Nikol Paşinyanın olduğu kilsəyə getməsi və ona qeyri-peşəkar və savadsız sual ünvanlaması ilə ölkədə ciddi tənqidlərə tuş gələn A.Abdullayevin diplomatik pasporta sahib olduğu haqda iddialar səsləndirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...