Qarabağ səyahət üçün təhlükəli bölgələr siyahısında - XƏRİTƏ | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Qarabağ səyahət üçün təhlükəli bölgələr siyahısında - XƏRİTƏ

Siyasət A- A A+

“International SOS” səhiyyə və təhlükəsiz səyahət xidməti illik səyahət riskləri xəritəsini yayımlayıb.

Eurasia Diary-nin təşkilatın saytına istinadən verdiyi xəbərə görə, xəritədə Azərbaycan Qərbi Avropa ölkələri ilə birlikdə səyahət üçün az riskli ölkələr sırasında açıq sarı rəngdə təqdim edilib.

Təşkilatın məlumatında bildirilib ki, Azərbaycanın da aid edildiyi kateqoriyada olan ölkələrdə tibbi xidmətlərə çıxış asandır, qida məhsulları və su ilə yayılan xəstəliklərin riski aşağıdır.

Təşkilat Ermənistanın işğalı altındakı Dağlıq Qarabağ və ətraf əraziləri səyahət üçün riskli bölgələr sırasına daxil edib.

Xəritədə səyahət üçün ən təhlükəsiz ölkələr Danimarka, Finlandiya, İslandiya, Norveç, Sloveniya və Lüksemburq, ən təhlükəli ölkələr isə Əfqanıstan, Mərkəzi Afrika Respublikası, Somali və Suriyadır.(apa)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...