Yeni Ombudsman kim olacaq: - Siyavuş Novruzovun xanımı yoxsa Abiyeva? | Eurasia Diary - ednews.net

11 Dekabr, Çərşənbə


Yeni Ombudsman kim olacaq: - Siyavuş Novruzovun xanımı yoxsa Abiyeva?

Siyasət A- A A+

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə yeni namizədlər irəli sürülüb.

Eurasia Diary-nin etikxeber.az-a istinadən məlumatına görə, sabah – noyabrın 22-də parlamentin İnsan hüquqları komitəsinin iclası keçiriləcək.

İclasda Ombudsman vəzifəsinə namizədlərlə bağlı məsələ müzakirə olunacaq.

Parlamentdən verilən məlumata görə, namizədlər Prezident İlham Əliyev tərəfindən  irəli sürülüb.

Bunlar 3 nəfərdir: Bakı Apellyasiya Məhkəməsinin hakimi (sədr müavini)  Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva.

Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru S. Əliyeva sabiq vitse-spiker və eks səfir Yaşar Əliyevin qızı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.

Odur ki, Ombudsman vəzifəsinə S. Əliyeva ilə K. Abiyevanın daha çox şanslı olduğu bildirilir.

Məsələ İnsan hüquqları komitəsində müzakirə olunduqdan sonra  parlamebtin plenar iclasına çıxarılacaq.

Xatırladaq ki, hazırkı Ombudsman Elmira Süleymanovadır.

82 yaşlı E. Süleymanovanın Ombudsmanlıq müddəti 2 il öncə başa çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...