Milli Məclisin sonuncu plenar iclası başlayıb.
Eurasia Diary xəbər verir ki, iclasa spiker Oqtay Əsədov sədrlik edir.
“Tibbi sığorta haqqında” Qanun layihəsi üçüncü oxunuşdan müzakirəyə çıxarılıb.
Bu barədə deputatlara Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
Komitə sədri deyib ki, “Tibbi sığorta haqqında” Qanuna dəyişiklik edilməsi haqda layihə 29 noyabrda plenar iclasda müzakirə edilib.
O əlavə edib ki, üçüncü oxunuşda qanun layihəsinə iki dəyişiklik təklif edilir. Bunlardan biri 15-ci maddəyə edilir və sığorta fəaliyyəti ilə bağlıdır. Digəri 16-4 keçid müddəasına təklif olunur.
Akademik deputatları layihəyə səs verməyə çağırıb. Millət vəkilləri müzakirəsiz “Tibbi sığorta haqqında” və “İcbari sığortalar haqqında” qanunu qəbul edib. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.