"Bakı bizi ümumi qələbəyə yaxınlaşdırdı" - Rus zabiti | Eurasia Diary - ednews.net

14 Dekabr, Şənbə


"Bakı bizi ümumi qələbəyə yaxınlaşdırdı" - Rus zabiti

Siyasət A- A A+

Rus torpağında, rus şəhərlərində nasist cinayətkarını xatırladacaq abidə və ya başqa nəsə heç vaxt olmayacaq.

Eurasia Diary xəbər verir kİ, bu sözləri axar-a açıqlamasında Yekatrinburq Sovet Zabitləri İttifaqının sədr müavini Vyaçeslav Yenbayev deyib.

“Rus xalqı bunu heç vaxt qəbul etməyəcək. Axı bu bizim Böyük Qələbəmizə istehza ilə yanaşmaq deməkdir. Bu qələbədə Bakı, Azərbaycan böyük rol oynayıb. Sizin neftiniz, sizin döyüşçüləriniz bizi ümumi qələbəyə yaxınlaşdırıb. Ona görə də siz, sizin hərbi dəstələriniz Böyük Vətən müharibəsi qələbəsinin 75 illiyinə həsr edilmiş paraddan keçməlidirlər. Rusiya Prezidentinin Azərbaycan rəhbərinə bu tarixdəki tədbirdə iştirak etməsiylə bağlı ünvanlanan dəvətinə qatılıram”, – deyə o bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...