Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


Tural Gəncəliyevin Brüsselə səfəri başlayıb

Siyasət A- A A+

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Brüsselə səfərə gedib.

Eurasia Diary xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək.

"Burada keçirəcəyimiz görüşlərin Los-Anceles və Ankaradakı uğurlarımızın davamı olacağına əminik. Erməni diasporunun əsas dayaqlarının yerləşdiyi ölkələrdən olan Belçikada xalqımızın haqq səsini çatdırmaq əsas vəzifəmizdir", deyə icmadan bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabr ayında ABŞ-ın Los-Anceles şəhərinə və Türkiyənin Ankara şəhərinə səfər edib. İcma üzvləri hər iki şəhərdə xeyli sayda görüşlər keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...