Azərbaycan XİN Ukraynaya başsağlığı verib | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


Azərbaycan XİN Ukraynaya başsağlığı verib

Siyasət A- A A+
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya başsağlığı verib.
 
Eurasia Diary-nin xəbərinə görə, başsağlığı XİN-nin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
 
Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada Milli Matəm Günü elan olunub.  Azərbaycan XİN yanğın zamanı həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyir.
 
Qeyd edək ki, Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...