Şahin Mustafayev Azərbaycan və Rusiya arasında yeni "yol xəritələri" haqda | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Şahin Mustafayev Azərbaycan və Rusiya arasında yeni "yol xəritələri" haqda

Siyasət A- A A+
Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Rusiya ilə münasibətlərin inkişafındakı müsbət dinamikadan danışıb.
 
Eurasia Diary bildirir ki, Ş.Mustafayev bu gün Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında deyib: “Azərbaycan-Rusiya münasibətləri bütün istiqamətlərdə müsbət inkişaf edir. 2018-ci ilin yekunları üzrə ölkələrimiz arasında ticarət dövriyyəsi 19% artıb, 2019-cu ilin 10 ayının yekunları üzrə isə artım 23% təşkil edib”.
 
O qeyd edib ki, Azərbaycanda Rusiya kapitalı ilə 950 şirkət fəaliyyət göstərir. "Bu gün Rusiyanın Azərbaycan iqtisadiyyatına sərmayələri $4,9 milyarda çatıb, Azərbaycan isə Rusiya iqtisadiyyatına $1,2 milyard sərmayə qoyub", - deyə Baş nazirin müavini əlavə edib.
 
Ş.Mustafayev deyib ki, bu gün Azərbaycan və Rusiya Federasiyası arasında 2020-2022-ci illər üçün kənd təsərrüfatı sahəsində və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq üzrə “yol xəritələri” imzalanacaq.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...