Ceyhun Osmanov seçki iddialarına CAVAB VERDİ - “XƏBƏRİM YOXDUR” | Eurasia Diary - ednews.net

27 Sentyabr,


Ceyhun Osmanov seçki iddialarına CAVAB VERDİ - “XƏBƏRİM YOXDUR”

Siyasət A- A A+

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində bir vaxtlar vəzifələrini itirmiş gənc kadrlar namizəd kimi iştirak edəcəklər.

BakuPost-da yer alan xəbərə görə bunlar arasında Prezidentin bu yaxınlarda işdən çıxardığı ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “vurdurduğu”, Elnur Aslanov, Ceyhun Osmanlı, Fərhad Məmmədov və  Zaur Darabzadə kimi simalar var.

Adı çəkilən şəxslərdən biri olan Ceyhun Osmanlı ilə əlaqə saxladıq və ondan haqqında çıxan xəbərlərə münasibət bildirməsini xahiş etdik.

C.Osmanlı isə cavabında sözügedən iddilar haqqında heç bir xəbəbinin olmadığını  bildirib. Sabiq millət vəkili növbədənkənar parlament seçkilərində iştirak edib-etməyəcəyi ilə bağlı konkret bir cavab verməyib:

“Elə bir fikrim olsa birinci Sizə deyəcəm”.

Lakin bununla belə Ceyhun Osmanlının 4 dekabr tarixində “Euractiv” portalında yayımlanan “Azerbaijan: Snap elections are coming – and a new generation of politicians” (Azərbaycan: Növbədənkanar seçkilərə gedir – yeni nəslil siyasətçilər…) məqaləsində qeyd etdiyi fikirlərə diqqət yetirsək onun Azərbaycandakı iqtidarı hələ də dəstəklədiyi, həyata keçirilən islahatları çox müsbət qarşıladığı aydın görülür.

Ceyhun Osmanlı kimdir?

 Azərbaycan Respublikası Milli Məclisinin deputatı, "İrəli" İctimai Birliyinin keçmiş sədri. Seçkiyə hazırlıq ərəfəsində Azərbaycan Yaşıllar Hərəkatı (Azerbaijan Green Movement) təsis edib.

Ceyhun Osmanlı 30 yanvar 1982–ci ildə Bakı şəhərində anadan olub. 1989–cu ildən Bakıdakı 48 saylı orta məktəbdə təhsil alıb, 1993-cü ildən Bakı Özəl Türk liseyində təhsilini davam etdirib. 1999–cu ildə Bakı Dövlət Universitetinə daxil olub.

2003–də politologiya ixtisası üzrə bakalavr pilləsini, 2005–ci ildə həmin ixtisas üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Akademik təhsilə davam edərək Azərbaycan Dövlət İqtisad Universitetinin aspiranturasına qəbul olmuş və hal-hazırda elmi işini müvəffəqiyyətlə tamamlayıb.

2007–ci ildə Varşava Universiteti və Polşa Təhlükəsizlik Akademiyası tərəfindən təşkil edilən "SENSE" Proqramının, 2008–ci ildə Harvard Universitetinin "Liderlər İnkişafda Proqramı"nın iştirakçısıdır.

Hərbi xidmətdə olmayıb.

Ailəlidir, 3 övladı var.

Universitet illərindən ictimai fəaliyyətə başlayan Ceyhun Osmanlı 1999-cu ildə "Azərbaycan Könüllülər" İctimai Birliyini yaradıb. 2005-ci ildə bu ictimai birlik Avropa Şurasının Baş katibi Terri Devis tərəfindən Avropada ən yaxşı birliklərdən biri kimi xüsusi sertifikatla mükafatlandırılıb.

2005-ci ildə "İrəli" gənclər hərəkatının həmtəsisçilərindən biri olub. 2008-ci ildə hərəkat ictimai birliyə çevrilib və o, birliyin sədri seçilib.

2002-ci ildə Avropa Şurası Gənclər Məsələləri Üzrə Məsləhət Şurası və Proqram Komitəsinin üzvlyünə seçilib və 2005-ci ilədək mərkəzi Strasburqda olan bu qurumda fəaliyyət göstərib. Bu illər ərzində Ceyhun Osmanlı Avropa Gənclər Fondunun qərarlarının qəbulunda iştirak edib, müxtəlif ölkələrdə qurumun fəaliyyətilə bağlı mühazirələrlə çıxış edib.

2004–2006-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının Baş Katibi, 2006-2009-cu illərdə isə Qafqazda ilk Gənclər Parlamenti olan Azərbaycan Gənclər Parlamentinin sədri olmuşdur.

2008–ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv seçilmişdir.

2008-ci ildə Azərbaycan Respublikasında keçirilən Prezident seçkilərində Prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin vəkili olub.

2010-cu ildə 63 saylı Sabirabad birinci seçki dairəsindən dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü olub.

2014-ci ildə, onun Wikileaksdə «Gülənçi»lərlə sıx əlaqələrinə dair məxfi sənəd yayılıb. (məlumatlar vikiediyadan götürülüb)

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...