Erməni "müxalifət"i Azərbaycan tərəfində? - Erməni jurnalistdən şok iddia | Eurasia Diary - ednews.net

19 Yanvar,


Erməni "müxalifət"i Azərbaycan tərəfində? - Erməni jurnalistdən şok iddia

Siyasət A- A A+
"Yerevaneç" təxəllüslü erməni jurnalist Rusiyanın "Kavkazski-Uzel" saytında yayımlanan yeni məqaləsində Ermənistandakı müxalifəti sərt tənqid edib və erməni müxalifətinin atdığı addımların Azərbaycan tərəfinin maraqlarına xidmət etməsinə işarə edib.
 
Eurasia Diary sözügedən məqaləni oxuculara təqdim edir:
 
Azərbaycan tərəfi danışıqlar prosesində sərt və qəbuledilməz şərtlər qoyur. Erməni təbliğat mediası (böyük əksəriyyəti keçmiş hakimiyyət və onun qolları tərəfindən maliyyələşdirilən) da eyni şeyi edir. Azərbaycanlıların təqdim etdiyi sənədləri təbliğ edir, Xarici İşlər Nazirliyinin cavabına heç bir reaksiya vermir, ya da bunu diplomatik məğlubiyyət və erməni tərəfinin zəifliyinin kimi təqdim edirlər. 
 
Aydındır ki, onların məqsədi "azərbaycanlıların dəyirmanına su tökmək" deyil, "bizimkilər" bunu tamamilə fərqli bir məqsədlə, hakimiyyəti zəiflətmək, "vətənpərvərlik dalğası" vasitəsilə hakimiyyəti qaytarmaq üçün edirlər. Lakin məsələ burasındadır ki, "bizim" bu addımlarımız Azərbaycan təbliğat maşınının hədəfləri ilə üst-üstə düşür.
 
Və bu, Azərbaycanın sərt mövqeyindən daha təhlükəlidir. Bakının mövqeyi həmişə sərt olub, ancaq İrəvandan bu mövqeyə indiyədək belə dəstək verilməmişdi...

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...