“Rusiya erməni soyqırımının iştirakçısıdır” - Erməni politoloq | Eurasia Diary - ednews.net

20 Sentyabr,


“Rusiya erməni soyqırımının iştirakçısıdır” - Erməni politoloq

Siyasət A- A A+
Moderator.az bu günlərdə “Moskovskiy Komsomolets” qəzetində Rusiya Dövlət Dumasının deputatı məşhur Konstantin Zatulinin Qaregin Njdeni müdafiə edən yazısı ilə oxucularını tanış etmişdi. Zatulinin məqaləsi erməni siyasilərini necə ruhlandırıbsa artıq Türkiyəni deyil, birbaşa Rusiya dövlətini hədəfə alıblar. Moskvada yaşayan siyasi icmalıçı Dallakyan : “Deputat Rusiyanın erməni soyqırımında iştirakçı olduğunu mühakimə etməyə hazırdır” başlığı ilə böyük bir məqalə (https://www.lragir.am/ru/2019/12/09/162190/)ilə çıxış edib.
 
Müəllif çar Rusiyasını, SSRİ-ni, RSFSR-i və indiki Rusiya Federasiyasını “erməni soyqırımında” Türkiyə ilə bərabər iştirak etdiyini və ermənilərin Anadoludan, Messapotomiyadan dünyanın dörd bir yerinə dağılmasında Rusiya-Türkiyə tandemini xüsusi əsəbi tonla qeyd edib:
 
“Keçmiş müstəmləkəyə qarşı bu cür siyasi, hərbi və iqtisadi təzyiqlərin  sıx olması müqabilində “faşist” Njdenin povesti gərəksiz görünür. Ancaq bu belə deyil: universal neomüstəmləkə idarəetmə sxemləri Rusiya-Ermənistan cütlüyünə uyğun gəlmir. Dövlətə həddən artıq təzyiq göstərməsinin, onun siyasi institutlarının nüfuzdan düşməsinin və xalqın milli hisslərinin təhqir edilməsinin səbəbi, iki ölkə arasındakı münasibətlərin özünəməxsus xüsusiyyətlərindən qaynaqlanır.
 
Rusiya-Ermənistan münasibətlərinin son mərhələsinin özünəməxsusluğunun adı - SOYQIRIMDIR. Rusiya isə yalnız Ermənistandakı kamalistlərin təcavüz və vəhşiliklərinin “həmiştirakçısı ” deyil, eyni zamanda təşəbbüskarı, təşkilatçısı və maliyyəçisi, bir sözlə birinci skripkadır. Bu vəziyyət, baş vermiş və bu gün davam edən hadisələrin ermənilər üçün olduqca  sərt, təhlükəli  məntiqini müəyyən edir.
Etiraf etmək lazımdır ki, erməni soyqırımının 1915-1917-ci illərlə və Türkiyə Ermənistanı ilə məhdudlaşdırılması düzgün deyil. 1917-1923-cü illərdə ermənilər və erməni dövlətçiliyi üçün ölümcül hadisələr təkcə Osmanlı imperiyasında deyil, Rusiya imperiyasında da baş verib”
 
Məqaləsinə Putin və Atatürkün şəklini verməklə Moskvada yaşayan siyasi icmalçı Dallakyan müasir dövrdə Rusiya liderinin ermənilərə münasibətində fərq görmədiyini demək istəyib. Dallakyanın bu məqaləsini diqqətinizə çatdırmaqla bir daha bildirmək istəyirik ki, “Exo Moskvı” radiostansiyasının bloqeri kimi erməni siyasi icmalçı Kremlin iki addımlığında əyləşib Rusiyanı erməni soyqırımında ittiham edə bilir, amma Rusiya yenə də Ermənistanı müdafiə edir. 
 
Redaksiyamız üçün maraqlıdır: Zatulinin, Dallakyanın və bu qəbildən Rusiyanı ittiham edən rusiyalı erməni siyasətçilərin yazılarını Rusiya XİN-ə, Azərbaycandakı Rusiya səfirliyinə çatdıran və oların mövqeyini öyrənən bir qurum, təşkilat varmı? Bəlkə, özləri də bizim köməyimiz olmadan xəbərdardırlar, amma bizim diqqətə çatdırmağımızın bir başqa effekti var. 
 
Dallakyan məqalənin sonunda çıxış yolu kimi 2021-ci ildə Rusiya-Türkiyə arasında imzalanmaış Moskva müqaviləsinin 100 ilinin tamam olmasını göstərib. Ümumiyyətlə, son vaxtlar ermənilər Moskva müqaviləsinin, Kars müqaviləsinin 100 illiyini sanki qurtuluş kimi  gözləyirlər. Axı, bu müqavilələrin bitməsinin konkret vaxtı göstərilməyib. Beynəlxalq müqavilələr haqqında 1969-cu il Vyana Konvensiyasının müddəalarına da ziddir və bu müqaviləyə son vermək tərəflərin birinin istəyi ilə pozula bilər. Rusiya və Türkiyənin isə belə bir addım atması reallıqdan çox uzaqdır. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...