Yeni ombdusman ilk dəfə danışdı - VİDEO | Eurasia Diary - ednews.net

22 Yanvar, Çərşənbə


Yeni ombdusman ilk dəfə danışdı - VİDEO

Siyasət A- A A+
"Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunması istiqamətində müvafiq dövrün prioritetlərinə uyğun sənədlər uğurla icra olunub və hazırda bu proses müvəffəqiyyətlə davam etdirilir".
 
Eurasia Diary-nin məlumatına görə, bunu 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunan tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bildirib.
 
Onun sözlərinə görə, bütövlükdə ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair qəbul edilmiş sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub: "Ölkə Konstitusiyasına, milli qanunvericiliyə və qoşulduğumuz beynəlxalq konvensiyalara uyğun olaraq dövlətin ali məqsədi olan insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Ombudsman təsisatı funksional qurum olaraq öz işini aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında həyata keçirir və cəmiyyətin bütün təbəqələrinə aid insanların hüquqlarının müdafiəsinə xidmət edir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...