Fəzail Ağamalı özünə yeni müavin təyin etdi | Eurasia Diary - ednews.net

20 Sentyabr,


Fəzail Ağamalı özünə yeni müavin təyin etdi

Siyasət A- A A+
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı özünə hüquqi məsələlər üzrə müavin təyin edib.
 
Eurasia Diary-nin məlumatına görə, sədrin dünən verdiyi sərəncamla Hacızadə Yalçın Akif oğlu müavin təyin olunub.
 
Hacızadə Yalçın Akif oğlu 1979-cu ildə Biləsuvar rayonunda anadan olub. 1985-1995-ci illərdə Biləsuvar şəhər Kəmaləddin Ağayev adına orta məktəbi bitirib.
 
Hüquqşünaslıq ixtisası üzrə 1996-2000-ci illərdə Bakı Biznes Universitetində bakalavr, 2005-2007-ci ilərdə Türkiyə Respublikasının Akdeniz Universitetində dövlət və bələdiyyə idarəetməsi bölümündə magistr təhsili alıb.
 
2000-2001-ci illərdə hərbi xidmətdə olub. Ölkəmizdə, bank və televiziya sahəsində hüquqşünas, hüquq şöbəsinin rəisi, direktor müavini, həmçinin, Türkiyə Respublikasında tikinti şirkətinin sənədləşmə bölümünün hüquqşünası və rəhbəri vəzifələrində çalışıb. Hazırda hüquq, mühasibatlıq və marketinq xidmətləri göstərən şirkətin rəhbəridir. Hüququn müxtəlif sahələri üzrə keçirilən yerli və beynəlxalq tədbirlərin iştirakçısı və çıxışçısı olub. 2015-ci ildən Ana Vətən Partiyasının və onun Ali Məclisinin üzvüdür. Ailəlidir, bir övladı var. (teleqraf.com)
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...